Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Rəsmi Bakı erməniləri niyə təhvil verdi? – Azərbaycan istədiyini almışdı

14/01/2026 19:45
Gündəm
835 8
Rəsmi Bakı erməniləri niyə təhvil verdi? – Azərbaycan istədiyini almışdı
698
Paylaşım sayı
969
Baxış sayı

Xəbər verdiyimiz kimi, Azərbaycan ölkəmizdə cəza çəkən dörd erməniəsilli şəxsi – Vaqif Xaçaturyan, Gevorq Sujyan, David Davtyan və Viqen Euljekjyanı Həkəri çayı üzərindəki körpüdə müvafiq Ermənistan qurumlarının nümayəndələrinə təhvil verib.

Gündəm24.az xəbər verir ki, “Teleqraf”ın məlumatına görə, Rəsmi Bakı bu addımı Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa, humanizm prinsiplərinə uyğun olaraq atsa da, sosial şəbəkələrdə mənəvi tərəfdən müzakirələrə səbəb olub.

Aydın məsələdir ki, Azərbaycan uzun illər erməni təcüvüzündən əziyyət çəkib, 30 ilə yaxın müddətdə torpaqlarımız işğal altında olub və bunun nəticəsində bir milyon soydaşımız məcburi köçkün həyatı yaşayıb.

2020-ci ildə isə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu işğala son qoyub və 44 gün ərzində dədə-baba torpaqlarını erməni tapdağından azad edib.

Bunun davamında isə başımıza gətirilən bu müsibətlərdə iştirak edənlərin məsuliyyətə cəlb olunmasına başlanılıb. Çoxları inanmasa da, Azərbaycan hüquq-mühafizə orqanları bu prosesdə çox titiz işləyərək, həmin şəxslərin tutulub Bakıya gətirilməsinə, davamında isə Azərbaycan məhkəmələrində hakim qarşısına çıxarılmasına nail olub.

İndiki məqamda sual yaranır: Rəsmi Bakı yuxarıda adları çəkilən 4 nəfəri niyə təhvil verdi?

Ən müzakirə olunan ad təbii ki, Meşəli hadisələrində iştirakı bilinən və 15 il müddətinə azadlıqdan məhrum edilən Vaqif Xaçaturyandır.

Bu o Xaçaturyan idi ki, 2023-cü ilin oktyabarıda Bakıda keçirilən məhkəmələrdə ağlamış, Azərbaycan xalqından üzr istəmişdi. Və o, ümumiyyətlə, 30 il sonra törətdiyi əməllərə görə məsuliyyətə cəlb olunacağını ağlının ucundan belə keçirmirdi. Amma Azərbaycan göstərdi ki, bu dövlət ona qarşı yanlış edənləri, onların üzünü, əməllərini heç vaxt unutmur və unutmağa da imkan vermir. Nəticədə keçirilmiş axtarış tədbirləri nəticəsində 29 iyul 2023-cü il tarixdə Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanıldı. Bakıya gətirildi, istintaqa cəlb olundu, məhkəməyə çıxarıldı və bu xalqdan üzr istədi.

Rəsmi Bakı erməniləri niyə təhvil verdi? – Azərbaycan istədiyini almışdı

Vaqif Xaçaturyanın bu yaşda ağlaması, üzr istəməsi tarixi ədalətin bərpası idi. İndi isə hazırda 70 yaşı olan Xaçaturyanın ömrünün sonuna bir şey qalmayıb, bəlkə də sayılı günlər…

Belə ki, 2025-ci ilin dekabrında Vaqif Xaçaturyanın səhhətində pisləşmə müşahidə edilib, təngnəfəslik və ürək nahiyəsində ağrıları yaranıb. Nəticədə Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin tibb-sanitariya hissəsinin həkimi tərəfindən ilk həkim yardımı göstərilib və təcili olaraq ambulansla Ədliyyə Nazirliyinin Müalicə müəssisəsinə təxliyə edilib. Orada intensiv müalicə və reanimasion tədbirlər görülüb, lakin vəziyyətində nəzərəçarpan müsbət dinamika müşahidə edilmədiyindən Yeni Klinikanın Reanimasiya şöbəsinə yerləşdirilib.

Rəsmi diaqnoz isə belədir:

Vaqif Xaçaturyan Yeni Klinikanın Reanimasiya şöbəsinə ciddi dərəcədə ağır aortal stenoz, orta dərəcəli mitral stenoz və xroniki ürək çatışmazlığının dekompensasiyası fonunda inkişaf etmiş ağciyər ödemi və ağır tənəffüs çatışmazlığı diaqnozu ilə kritik vəziyyətdə qəbul olunub. Kritik həyati təhlükə mərhələsindən çıxsa da, vəziyyəti ağır olaraq qiymətləndirilir.

Göründüyü kimi, Azərbaycan dövləti humanist davranaraq ağır vəziyyətdə olan Xaçaturyanı Ermənistana təhvil verib. Onun burada ölməsi nəyi dəyişdirəcəkdi ki? O zatən Laçında Azərbaycan tərəfindən tutulanda, Bakıya gətiriləndə, məhkəmə qarşısına çıxarılanda, başına müsibətlər gətirdiyi xocalıların qarşısına hönkür-hönkür ağlayıb üzr istəyəndə, zatən ölüb-bitmişdi, hətta yerə girmişdi…

Rəsmi Bakı erməniləri niyə təhvil verdi? – Azərbaycan istədiyini almışdı

Bəs, onunla yanaşı Ermənistan təhvil verilənlər kimlərdir?

Gevorq Sujyan – Ermənistanda dövlətə bağlı müxtəlif ictimai təşkilatların rəhbəri olmuş bu şəxs Vətən müharibəsi zamanı Kəlbəcərə getmiş və İstisuda dincəlməsi barədə video çəkərək, sosial şəbəkələrdə paylaşmışdı. O, həmin videoda tezliklə Bakıya çatıb, Xəzərdə üzəcəyini bildirmişdi. Ən maraqlısı odur ki, bu hadisədən bir neçə gün sonra Gevorq Sujyan yoxa çıxır, daha sonra isə Ermənistanın Milli Təhlükəsizlik Xidməti onun yerinin müəyyən olunması istiqamətində axtarışlara başlayır.

Sonradan məlum olur ki, Gevorq Sujyan Bakıdadır – “çimir”… Onu Azərbaycanın xüsusi xidmət orqanları Bakıya gətirib. Bu qorxunun özü Sujyana bir ömür bəsdir!

Rəsmi Bakı erməniləri niyə təhvil verdi? – Azərbaycan istədiyini almışdı

Vigen Eulcekyan – birgə yaşadığı Maral Nacaryan adlı livanlı qadınla 2020-ci ildə imzalanmış 10 noyabr tarixli bəyanatdan sonra Qarabağda saxlanılıb. Onlar Azərbaycan ərazisinə qanunsuz daxil olub və ölkəmizin qanunvericiliyini pozan digər hərəkətlərə yol veriblər. Saxlanıldan sonra Vigen Eulcekyan 20 il müddətinə azadlıqdan məhrum edilib. Maral Nacaryan isə Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində 2021-ci ilin martında azadlığa buraxılıb.

Davtyan David isə – Azərbaycana qarşı casusluqda ittiham olunub. Gevorq Sujyanla birlikdə ittiham olunan David məhkəmədə mərhəmət istəyiblər. David məhkəməsində son söz deyən zaman ağlayıb və məhkəməyə bildirib ki, xəstə anasının ona ehtiyacı var. Hökmə əsasən casusluqda ittiham olunan ermənilərin hər biri 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Oxşarxəbərlər

5 yaşlı uşağı olanların nəzərinə
Gündəm

5 yaşlı uşağı olanların nəzərinə

21/09/2026 17:25
972
SON DƏQİQƏ: Ramil Vəlibəyov İŞDƏN ÇIXARILDI
Gündəm

SON DƏQİQƏ: Ramil Vəlibəyov İŞDƏN ÇIXARILDI

21/09/2026 16:51
964
Ucal Bayramovun atasından “Şəki yaylası” faciəsi ilə bağlı sarsıdıcı iddia
Gündəm

Ucal Bayramovun atasından “Şəki yaylası” faciəsi ilə bağlı sarsıdıcı iddia

21/09/2026 16:04
978
Səhiyyə Nazirliyindən Səyyad Arana CAVAB
Gündəm

Səhiyyə Nazirliyindən Səyyad Arana CAVAB

21/09/2026 14:35
968
Aqşin Məmmədlinin ölkədən çıxışına QADAĞA QOYULDU
Gündəm

Aqşin Məmmədlinin ölkədən çıxışına QADAĞA QOYULDU

21/09/2026 14:20
955
Anar Oruclu vəzifəsindən AZAD OLUNDU – Yeni TƏYİNAT
Gündəm

Anar Oruclu vəzifəsindən AZAD OLUNDU – Yeni TƏYİNAT

21/09/2026 11:52
965

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

5 yaşlı uşağı olanların nəzərinə

5 yaşlı uşağı olanların nəzərinə

21/09/2026 17:25
972
3 bürc üçün şanslı həftə

3 bürc üçün şanslı həftə

21/09/2026 17:07
964
Rusiya mane olmaq istədi, Heydər Əliyev xalqa səsləndi – Ölkənin taleyini dəyişən hadisə

Rusiya mane olmaq istədi, Heydər Əliyev xalqa səsləndi – Ölkənin taleyini dəyişən hadisə

21/09/2026 17:00
965
SON DƏQİQƏ: Ramil Vəlibəyov İŞDƏN ÇIXARILDI

SON DƏQİQƏ: Ramil Vəlibəyov İŞDƏN ÇIXARILDI

21/09/2026 16:51
964

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
962

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
964

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.