Türkiyəli məşhur jurnalist və teleaparıcı Reha Muhtarın vəfatından iki ay sonra onun mirası ilə bağlı yeni detallar ortaya çıxıb.
Gündəm24.az xəbər verir ki, Alev Gürsoy Ciminin məlumatına görə, Muhtarın mal varlığı və miras hüququ ilə bağlı bütün təfərrüatların sentyabrın ilk həftəsində açıqlanacağı gözlənilir.
Məlumata əsasən, məşhur jurnalistin mal varlığı arasında Baltalimanında yalı, Yeniköydə iki ev, bankda müddətli depozit hesabı, xaricdə bir daşınmaz əmlak və kirayə gəliri gətirən üç evin olduğu bildirilir.
Reha Muhtarın mirasçıları ilə bağlı məlumatlarda isə onun Deniz Uğurla münasibətindən dünyaya gələn əkizləri Mina Deniz və Poyraz Deniz, həmçinin sənətçi Nilüferin qızı Ayşe Nazlı Yumlu ilə bağlı məlumatlar yer alır. Ayşe Nazlının Muhtarın mənəvi qızı olduğu da qeyd edilir.
Muhtar 3 iyun 2026-cı ildə 66 yaşında vəfat edib. O, Yeniköy qəbiristanlığında dəfn olunub. \Demokrat.az














