Şənbə, İyul 11, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Səhiyyə büdcəsində kəskin dəyişiklik: hansı sahələrdə artım, hansında azalma var?

22/11/2025 11:30
Gündəm
83 3
Səhiyyə büdcəsində kəskin dəyişiklik: hansı sahələrdə artım, hansında azalma var?
109
Baxış sayı

Səhiyyə sisteminə dövlət büdcəsindən ayrılan vəsait son 5 ildə 800 milyon manatdan 3,7 milyard manata yüksəlib. Bu barədə Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov məlumat verib.

Bəs bu artım səhiyyə xidmətlərinin keyfiyyətindəki yüksəlişlə nə dərəcədə üst-üstə düşür?

Gündəm24.az  Globalinfo.az-a istinadən xəbər verir ki, iqtisadçı Elçin Qurbanov bildirib ki, “büdcə zərfi” dövlətin əsas maliyyə sənədlərindən biri olduğu üçün o da maliyyə hesabatlarında olduğu kimi, ən azı iki maliyyə ili üzrə müqayisəli şəkildə təhlil edilməlidir.

Onun sözlərinə görə, bu, maliyyə standartlarının əsas tələblərindən biridir:

“Buna görə də büdcə zərfində xərclərin ayrı-ayrı sahələr üzrə göstəriciləri eyni maddələr əsasında fərqləndirilməli və müqayisə edilməlidir. İlk növbədə ötən illə müqayisədə yaranan fərqlərə baxmaq lazımdır”.

İqtisadçı qeyd edib ki, hərçənd büdcə qanununun 7-ci maddəsində ümumi səhiyyə xərclərinin cəminə İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsait (maddə 7.5.5.1) daxil edilməsə də, əsas diqqət məhz bu maddə üzrə rəqəmlərə yönəlir:

“Belə ki, 2025-ci ildə fonda ayrılmış 1 416 405 000 manat vəsait 2026-cı il üçün 900 milyon manata qədər azaldılıb. Bu isə 516 milyon 405 min manatlıq ciddi azalma deməkdir”.

Ekspert hesab edir ki, bu azalma İTSS yığımlarının artacağı gözləntisi ilə balanslaşdırılacağı üçün qəbul edilib:

“2025-ci ilin büdcəsi ilə 2026-cı ilin büdcə zərfini müqayisə etdikdə, 7 əsas maddə üzrə həm müsbət, həm də mənfi istiqamətli dəyişikliklər nəzərə çarpır. Səhiyyə sahəsinə ayrılan vəsaitlərdə müxtəlif dinamika müşahidə olunur:

Səhiyyə büdcəsində kəskin dəyişiklik: hansı sahələrdə artım, hansında azalma var?

Elçin Qurbanov

-Xəstəxanalar üzrə xərclər 29 milyon 575 min 815 manat azalıb;

-Diaqnostika, profilaktika və qan xidmətlərinə ayrılan vəsait 2 milyon 542 min 351 manat azalıb;

-Səhiyyə sahəsində tətbiqi tədqiqatlara 2 milyon 901 min 113 manat azalma qeydə alınıb;

-Digər proqram və xidmətlər üzrə isə əksinə, 63 milyon 560 min 322 manat artım mövcuddur;

-Ümumilikdə, səhiyyə büdcəsi ötən illə müqayisədə 30 milyon 736 min 191 manatlıq müsbət artım göstərir.

Bundan başqa, Səhiyyə Nazirliyinin qərarı ilə nazirliyin tabeliyində olan körpələr evlərində çalışan bütün əməkdaşların vəzifələrinə uyğun əməkhaqqı artımları həyata keçirilib. Bu qərar 2025-ci il avqustun 1-dən qüvvəyə minib”.

Ekspert bildirir ki, ayrılan vəsaitlərdə nəzərdə tutulan artımlar həm dünya iqtisadiyyatındakı çətinliklər, həm də mövcud büdcə imkanları nəzərə alınaraq müəyyən edilib:

“Ümumilikdə, büdcə zərfində əvvəlki illə müqayisədə xüsusi bir genişlənmə yoxdur ki, bu da qlobal və daxili iqtisadi-siyasi reallıqlarla uyğunluq təşkil edir. Dövlət vergi siyasətini də nisbətən yumşaq şəkildə həyata keçirir. Səhiyyə sektorunda büdcə xərclərinin cəmi 30 milyon manat artması isə ciddi genişlənmə hesab edilmir. Bu məbləğ əsasən inflyasiya və əməkhaqqı artımlarının kompensasiyasına yönəlmiş ola bilər. Yəni faktiki olaraq səhiyyə xərclərində əhəmiyyətli struktur artımı yoxdur. Qeyd etmək lazımdır ki, ölkədə xüsusi mülkiyyətə əsaslanan tibbi xidmət sektoru geniş gəlirliliyə malikdir və özünü təmin etmə imkanları kifayət qədər yüksəkdir”.

Oxşarxəbərlər

“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq
Gündəm

“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq

10/07/2026 22:50
54
“Arzum9999” üçün imza toplanır – Azadlığa buraxılacaq?
Gündəm

“Arzum9999” üçün imza toplanır – Azadlığa buraxılacaq?

09/07/2026 11:45
61
Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH
Gündəm

Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH

03/07/2026 15:49
59
Arzumun rəfiqəsindən ŞOK AÇIQLAMA: “Ətrafındakı məxluqlar onu bu günə qoydu!”
Gündəm

Arzumun rəfiqəsindən ŞOK AÇIQLAMA: “Ətrafındakı məxluqlar onu bu günə qoydu!”

03/07/2026 15:45
57
“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” – Amalın bacısı
Gündəm

“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” – Amalın bacısı

03/07/2026 13:47
60
Leyla Əliyevanın doğum günüdür
Gündəm

Leyla Əliyevanın doğum günüdür

03/07/2026 08:40
63

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

TƏCİLİ! Prezident Tufan Erhürman xəstəxanaya yerləşdirildi

TƏCİLİ! Prezident Tufan Erhürman xəstəxanaya yerləşdirildi

10/07/2026 23:59
53
Müşfiqabadda yaşayış binasında yanğın olub

Müşfiqabadda yaşayış binasında yanğın olub

10/07/2026 23:41
55
Uşaqları bu saatlarda dənizə aparmayın – XƏBƏRDARLIQ

Uşaqları bu saatlarda dənizə aparmayın – XƏBƏRDARLIQ

10/07/2026 23:25
54
Sabah bəzi ərazilərdə işıq kəsiləcək

Sabah bəzi ərazilərdə işıq kəsiləcək

10/07/2026 23:25
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

10/07/2026 09:29
68

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

09/07/2026 09:47
71

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

08/07/2026 10:03
77

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

07/07/2026 13:08
68

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In