Çərşənbə, İyun 3, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Səsləndirdiyi fikirlərə görə linç edilən Bəkirqızı DANIŞDI: Uşaqpulu istəyən kişilər…

01/06/2026 16:35
Gündəm
46 4
Səsləndirdiyi fikirlərə görə linç edilən Bəkirqızı DANIŞDI: Uşaqpulu istəyən kişilər…
63
Baxış sayı

Son günlər uşaq pulu ilə bağlı səsləndirdiyi fikirlərlə geniş müzakirələrə səbəb olan tanınmış aparıcı Səidə Bəkirqızı yenidən gündəmdədir. Onun Azərbaycan kişilərinin uşaq pulu tələb etməsinə dair açıqlamaları sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bir çox istifadəçi tərəfindən sərt tənqid hədəfinə çevrilib. Aparıcı isə fikirlərinin kontekstdən çıxarıldığını və haqqında məqsədli qarayaxma kampaniyasının aparıldığını bildirir.

Mövzu ilə bağlı yaranan suallara aydınlıq gətirmək üçün KONKRET.az Səidə Bəkirqızı ilə həmsöhbət olub.

– Səidə xanım, son günlər sosial şəbəkələrdə haqqınızda tənqidi fikirlərin sayı artıb. Bu, uşaq pulu ilə bağlı çıxışlarınızdan sonra başladı. Bu reaksiyaları necə qiymətləndirirsiniz?

– Əvvəlcə onu deyim ki, mən cəmiyyətin yaddaşında qıcıq yaradan aparıcı kimi qalmamışam. Əksinə, bir çox problemlərə işıq salan, insanların cürət edib deyə bilmədiklərini səsləndirən aparıcı kimi tanınmışam. Mənim haqqımda formalaşdırılan mənfi rəyin əsas səbəbi montaj olunmuş videolardır.

Təəssüf edirəm ki, bəzi həmkarlarımız belə həmin videolara əsaslanaraq materiallar hazırlayırlar. Əgər ali təhsilli jurnalistlər mənim fikirlərimin təhrif olunmuş versiyasına inanırlarsa, o zaman sıravi izləyiciləri qınamaq düzgün olmaz. Bununla belə, kifayət qədər ağıllı və diqqətli tamaşaçılarım var. Onlar da bu gün mənə yazaraq bildirirlər ki, fikirlərim düzgün anlaşılmayıb.

– Bu cür açıqlamalar verməklə cəmiyyətdə qütbləşmə yaratdığınızın fərqindəsinizmi?

– Mən cəmiyyətin müəyyən məsələləri emosional şəkildə qəbul etdiyinin fərqindəyəm. Amma mən tamamilə başqa bir fikir səsləndirmişəm. Əgər cəmiyyət həmin fikirdən fərqli bir mövzu ətrafında mübarizə aparırsa, bu, mənim deyil, həmin yanaşmanın problemidir.

Mən nə dediyimi bilən adamam və dediyim sözlərin arxasında dayanmağı bacarıram. Çünki həmin sözlərə inanıram. Mən Azərbaycan kişisini uşaq pulu üçün müraciət edən vəziyyətdə görmək istəmirəm. Tarix boyu, eləcə də 44 günlük Vətən müharibəsində Azərbaycan kişisini cəsur, döyüşkən və qürurlu görmüşük. Bu gün onun 30-40 manata möhtac vəziyyətə düşməsi bir qadın kimi məni üzür.

Mən demişdim ki, Azərbaycan kişisinə uşaq pulu istəmək yaraşmır. Biz iş yerlərinin açılmasını tələb etməliyik ki, insanlar sosial yardımlardan asılı qalmasınlar. Çünki sabah hər uşağa veriləcək 30-40 manat ailələrin problemlərini kökündən həll etmir. Mənim fikirlərim kontekstdən çıxarılıb və təəssüf ki, bir çox insan da məhz həmin təhrif olunmuş versiya üzərindən müzakirə aparır.

– Bəlkə Səidə Bəkirqızı bir qədər fasilə verib sosial problemlərin həllinə həsr olunan verilişlərə daha çox yer ayırsın? Sizcə, bu daha doğru olmazmı?

– Jurnalist fasilə verirsə, bu, müəyyən mənada məğlubiyyəti qəbul etmək deməkdir. Mən isə əksinə, bu reaksiyalardan daha da güclənirəm. Əgər cəmiyyət montaj olunmuş bir çıxışım ətrafında bu qədər müzakirə aparırsa, deməli, fikirlərimin çəkisi var.

Səidə Bəkirqızı illərdir ən çox sosial problemlərdən danışan, müxtəlif dövlət qurumlarının fəaliyyətini tənqid edən aparıcılardan biridir. Təəssüf ki, bütün bunlar bir kənara qoyulub və insanlar yalnız təhrif olunmuş bir fikrin arxasınca gedirlər. Məni daha çox üzən isə odur ki, bu prosesdə bəzi həmkarlarım da iştirak edir. Bu gün işıqlandırdığım bir çox mövzuları başqaları gündəmə gətirməyə cəsarət etməyib. Bunu tam səmimiyyətimlə deyirəm.

– Uşaq pulu istəyən kişilərlə bağlı mövqeyinizi dəyişə bilərsinizmi? Çünki valideynlər dövlətin sosial proqramlarından yararlanmaq istəyirlər. Bəzi tənqidçilər isə sizin yanaşmanızın gender bərabərliyinə zidd olduğunu düşünür.

– Uşaqlı ailələr bu gün də müxtəlif dövlət sosial proqramlarından yararlanırlar. Qəyyumluğa verilən uşaqlara da müəyyən ödənişlər edilir. Elə bu gün – 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə də aidiyyəti qurumlar bununla bağlı məlumat açıqladılar və sosial təminat alan ailələrin statistikası təqdim olundu.

Mənim uşaq puluna qarşı aqressiyam yoxdur. Sadəcə bəzi şəxslər fikirlərimi təhrif edərək guya mənim “uşaq pulu istəyənlər kişi deyil” və ya daha ağır ifadələr işlətdiyimi iddia edirlər. Bu, tamamilə yalandır. Mən belə söz deməmişəm, bu gün də demirəm, sabah da deməyəcəyəm.

Mən yalnız onu demişəm ki, Azərbaycan kişisini uşaq pulu istəyən vəziyyətdə görmək istəmirəm. Mənə görə insanlar işləməli, əziyyət çəkməli və sosial yardımlardan asılı olmamalıdırlar. Dövlət belə bir qərar versə, əlbəttə ki, həyata keçiriləcək. Amma olmayan bir şeyin hər gün tələb edilməsinin nə qədər məntiqli olduğunu da düşünmək lazımdır.

Mənə ən çox yazanların böyük əksəriyyəti kişilərdir və tez-tez uşaq pulu ilə bağlı suallar verirlər. Hər dəfə də izah edirəm ki, bu məsələ yalnız dövlət başçısının qərarı ilə həll oluna bilər. Mənim Azərbaycan kişiləri ilə heç bir problemim yoxdur. Əksinə, onların daha güclü, daha təminatlı olmalarını istəyirəm.

Kimlərsə çıxışımın müəyyən hissələrini kəsərək mənə qarşı mənfi rəy formalaşdırmağa çalışıblar. Müəyyən qədər buna nail də olublar. Amma mən dediyim sözə əmin olduğum üçün hesab edirəm ki, bu kampaniyanın da ömrü uzun olmayacaq. Fakt ortaya qoysunlar ki, mən onların iddia etdiyi sözləri demişəm. Əks halda, bu cür manipulyativ başlıqlar hazırlayanlar öz peşəkar məsuliyyətləri barədə düşünməlidirlər.

Oxşarxəbərlər

Azərbaycanda keçmiş deputat vəfat etdi – Foto
Gündəm

Azərbaycanda keçmiş deputat vəfat etdi – Foto

02/06/2026 12:05
57
Avtobusların kondisionerləri niyə işə salınmır? – VİDEO
Gündəm

Avtobusların kondisionerləri niyə işə salınmır? – VİDEO

02/06/2026 11:34
55
Lisey, gimnaziya, yoxsa ümumtəhsil məktəbi? – İlqar Orucovdan MƏSLƏHƏT
Gündəm

Lisey, gimnaziya, yoxsa ümumtəhsil məktəbi? – İlqar Orucovdan MƏSLƏHƏT

30/05/2026 12:59
53
Mübahisə yaradan çıxışların anatomiyası – Səidə Bəkirqızı, belə olmaz axı!
Gündəm

Mübahisə yaradan çıxışların anatomiyası – Səidə Bəkirqızı, belə olmaz axı!

30/05/2026 11:34
57
Mühüm dönəm: Bu bürclərin HƏYATI DƏYİŞƏCƏK
Gündəm

Mühüm dönəm: Bu bürclərin HƏYATI DƏYİŞƏCƏK

30/05/2026 10:24
57
“Arka sokaklar”ın bütün aktyorları “öldü”
Gündəm

“Arka sokaklar”ın bütün aktyorları “öldü”

30/05/2026 09:16
67

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Toya hazırlaşanların diqqətinə

Toya hazırlaşanların diqqətinə

03/06/2026 19:47
53
Oğurladığı 10 mini görün nəyə xərclədi

Oğurladığı 10 mini görün nəyə xərclədi

03/06/2026 19:41
50
Sumqayıtda yanğın: sakinlər təxliyyə edildi

Sumqayıtda yanğın: sakinlər təxliyyə edildi

03/06/2026 19:32
62
Gənclər buna görə infarkt olurmuş – XƏBƏRDARLIQ

Gənclər buna görə infarkt olurmuş – XƏBƏRDARLIQ

03/06/2026 19:12
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
İstirahət üçün gəlmişdi, həyatını itirdi: Gənə təhlükəsi can aldı

İstirahət üçün gəlmişdi, həyatını itirdi: Gənə təhlükəsi can aldı

03/06/2026 09:40
55

Nigeriyada Ebola həyəcanı: 10 ştat üçün fövqəladə xəbərdarlıq!

Nigeriyada Ebola həyəcanı: 10 ştat üçün fövqəladə xəbərdarlıq!

03/06/2026 07:47
61

Dron hücumu faciəyə çevrildi: Avtobus vuruldu, ölənlər var

Dron hücumu faciəyə çevrildi: Avtobus vuruldu, ölənlər var

03/06/2026 07:22
57

TƏCİLİ: İsrail Tir şəhərini bombaladı – Livanda vəziyyət yenidən alovlandı

TƏCİLİ: İsrail Tir şəhərini bombaladı – Livanda vəziyyət yenidən alovlandı

28/05/2026 08:28
64

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.