Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Şəxsin xəbəri olmadan yazılan səs sübut ola bilərmi? – Məhkəmənin mövqeyi

10/09/2026 11:05
Gündəm
801 33
Şəxsin xəbəri olmadan yazılan səs sübut ola bilərmi? – Məhkəmənin mövqeyi
690
Paylaşım sayı
959
Baxış sayı

Mülki məhkəmə icraatında şəxsin məlumatı və razılığı olmadan gizli şəkildə əldə edilmiş səs yazısının sübut kimi istifadə edilməsi məsələsinə Şirvan Kommersiya Məhkəməsi tərəfindən hüquqi qiymət verilib. Bu barədə vəkil Vüsal Cəfərov məlumat verib.

Vəkilin sözlərinə görə, Şirvan Kommersiya Məhkəməsinin icraatında olmuş mülki iş üzrə məhkəmə tərəfin təqdim etdiyi audioyazıların qarşı tərəfin məlumatı və razılığı olmadan gizli şəkildə əldə edildiyi halda, həmin məlumatların sübut kimi istifadəsinin yolverilməz olması mövqeyindən çıxış edib.

Məhkəmə bu məsələyə yalnız Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinin tətbiqi baxımından deyil, həm də “qanunsuz sübut” anlayışının mahiyyəti baxımından yanaşıb. Qeyd olunub ki, qanunsuz sübut həm məlumatın qanuna zidd hərəkət nəticəsində əldə edilməsi, həm də qanuni əldə edilmiş məlumatdan qanuna zidd şəkildə istifadə olunması formasında meydana çıxa bilər.

Məhkəmənin yanaşmasına əsasən, şəxsin səsi, görüntüsü və şəxsiyyəti ilə bilavasitə bağlı digər məlumatlar şəxsi toxunulmazlığın tərkib hissəsi hesab olunur. Bu səbəbdən şəxsin iradəsindən kənar onun səsinin yazılması və sonradan həmin yazının məhkəmə prosesində onun əleyhinə istifadə edilməsi yalnız prosessual sübut məsələsi deyil, eyni zamanda şəxsiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilə bilər.

Vüsal Cəfərov bildirib ki, Mülki Prosessual Məcəllənin 76-cı maddəsinə əsasən səs və video yazıları prinsip etibarilə sübut vasitəsi sayılsa da, bu, onların bütün hallarda məhkəmə tərəfindən qəbul ediləcəyi demək deyil. Burada əsas məsələlərdən biri məlumatın hansı üsulla əldə edilməsidir. “Əgər məlumat qanunun və şəxsi toxunulmazlıq hüququnun tələbləri pozulmaqla əldə edilibsə, belə məlumatdan sübut kimi istifadə edilməsinə yol verilmir. Başqa sözlə, sübutun məzmunu ilə yanaşı, onun hansı şəraitdə və hansı üsulla əldə edilməsi də hüquqi baxımdan mühüm əhəmiyyət daşıyır”, – dEyə vəkil qeyd edib.//musavat.com

Oxşarxəbərlər

Ayı 2 nəfəri parçaladı
CƏMİYYƏT

Ayı 2 nəfəri parçaladı

20/09/2026 15:00
971
Kozinoğlunun ölümü ilə bağlı daha dörd nəfər saxlanıldı
Gündəm

Kozinoğlunun ölümü ilə bağlı daha dörd nəfər saxlanıldı

19/09/2026 23:21
955
“Şəhid olsaq, bizi bir yerdə basdırarsınız…” – VİDEO
Gündəm

“Şəhid olsaq, bizi bir yerdə basdırarsınız…” – VİDEO

19/09/2026 13:29
960
Bakıda gözəllik salonunda qadını dişlədilər
CƏMİYYƏT

Bakıda gözəllik salonunda qadını dişlədilər

19/09/2026 00:24
968
Həbsinə heç kim inanmırdı… – 1 ildir içəridədir
Gündəm

Həbsinə heç kim inanmırdı… – 1 ildir içəridədir

18/09/2026 19:47
959
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
Gündəm

Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA

18/09/2026 17:14
956

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi

“Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi

20/09/2026 23:02
956
Ərbil hava limanı PUA hücumu

Ərbil hava limanı PUA hücumu

20/09/2026 21:33
958
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi

Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi

20/09/2026 20:24
958
Trampın paylaşdığı xəritə qalmaqal yaratdı – Makrondan CAVAB

Trampın paylaşdığı xəritə qalmaqal yaratdı – Makrondan CAVAB

20/09/2026 15:01
967

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
960

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
962

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
963

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.