Bazar, Aprel 19, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Xəzərin sahilində minlərlə ölü quş tapıldı – FOTOLAR

23/02/2026 11:02
Gündəm
50 1
Xəzərin sahilində minlərlə ölü quş tapıldı – FOTOLAR
65
Baxış sayı

Xəzər dənizinin sahilboyu ərazilərində batağan (Podicipedidae) quşlarının kütləvi ölümü qeydə alınıb.

Gündəm24.az  AZƏRTAC-a istinadən xəbər verir ki, Xaçmazın Niyazabad kəndi yaxınlığında dəniz kənarında minlərlə quş cəsədlərinə rast gəlinir. Cəsədlər kilometrlərlə məsafədə sahilboyu əraziyə səpələnib.

Balıqçılar bildirirlər ki, bu ərazidə batağan quşlarının kütləvi ölümü daha çox fevral ayının əvvələrində müşahidə olunub.

“Mən bu yerlərdə tez-tez oluram. İyirmi gündən çoxdur bu quşların cəsədləri sahilə səpələnib. Əvvəl quşların diri olanları da vardı. Dəstə ilə bir yerə toplaşıb hərəkətsiz dururdular. Yaxınlaşıb toxunanda belə uçmurdular. Götürüb suya atsaq da, yenidən ləpə vurub sahilə çıxarırdı. Sahildə boyunlarını büküb, soyuqdan ölürdülər. Mən buradan 5-6 kilometr məsafədə maşınla gedib-gəlirəm. Hər yer bu quşların cəsədləri ilə doludur. İndi cəsədlər nisbətən azalıb. Yırtıcı heyvanlar cəsədləri daşıyıb aparır”, – rayon sakini Anar Mikayılov deyib.

Son günlər batağan quşlarının cəsədlərinə Xəzərin paytaxt və digər sahilboyu ərazilərində də rast gəlinib. Quşların kütləvi ölüm səbəbi daha çox təbii amillərlə, xəstəliklə və ya qida çatışmazlığı ilə əlaqələndirilsə də, daha dəqiq məlumat yalnız mütəxəssislər tərəfindən aparılan araşdırmalardan sonra müəyyənləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yerli qurumlarından bildirilib ki, aşkarlanan quş cəsədləri ilə bağlı araşdırma aparılır. Xaçmaz rayonunun Niyazabad və Nabran kəndləri yaxınlığında sahilboyu ərazilərdə aşkarlanan quş cəsədlərinə yerində baxış keçirilərək nümunələr götürülüb. Analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. Bundan əlavə, cəsədlərin ərazidən təmizlənməsi istiqamətində də tədbirlərin görülməsi nəzərdə tutulub.

Qeyd edək ki, batağanlara Antraktidadan başqa, dünyanın bütün bölgələrində rast gəlmək mümkündür. Bu quşların qeydə alınmış 22 növü var ki, onlardan da üçünün nəsli kəsilmiş sayılır. Əsasən şirin su hövzələrində yaşayan batağanlara dənizdə qış aylarında miqrasiya vaxtı rast gəlinir. Bu quşlar ölkəmizə qışlamaq üçün köç edirlər.

Xatırladaq ki, bir neçə gün əvvəl Bakının Şıx çimərliyi sahillərində də eynicinsli ölü quşlar tapılmışdı.

641062657 1356634163160856 8306495429304518178 n 1
641096078 1356634323160840 1110476519058399052 n
641431103 1356634166494189 6246238277164813644 n
641339896 1356634176494188 4222711841920176267 n

Oxşarxəbərlər

Azərbaycanda süni intellektlə ilk tarixi film hazırlandı – VİDEO
Gündəm

Azərbaycanda süni intellektlə ilk tarixi film hazırlandı – VİDEO

16/04/2026 11:35
56
Türkiyə Sevinc Hüseynovanı Azərbaycana təhvil verdi
Gündəm

Türkiyə Sevinc Hüseynovanı Azərbaycana təhvil verdi

16/04/2026 09:52
55
Xalid Qarayev ABŞ-də HƏBS OLUNUB – FOTO
Gündəm

Xalid Qarayev ABŞ-də HƏBS OLUNUB – FOTO

16/04/2026 09:47
66
Ucuz reytinqə görə TV-lər cəzalandı, bəs saytlar?.. – Nailə İslamzadədən mediaya kəskin etiraz
Gündəm

Ucuz reytinqə görə TV-lər cəzalandı, bəs saytlar?.. – Nailə İslamzadədən mediaya kəskin etiraz

16/04/2026 08:04
56
Space TV bağlanır? – Telekanal daxilində baş verən “çox dərin olaylar”…
Gündəm

Space TV bağlanır? – Telekanal daxilində baş verən “çox dərin olaylar”…

15/04/2026 19:48
58
Uşaq qidasından qurd çıxması ilə bağlı AÇIQLAMA VERİLDİ
Gündəm

Uşaq qidasından qurd çıxması ilə bağlı AÇIQLAMA VERİLDİ

15/04/2026 18:46
60

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bədbəxt hadisə: 25 yaşlı gənc öldü

Bədbəxt hadisə: 25 yaşlı gənc öldü

18/04/2026 20:59
71
Ağır qəza: 9 yaşlı uşaq həyatını itirdi

Ağır qəza: 9 yaşlı uşaq həyatını itirdi

18/04/2026 20:44
60
ATIŞMA: Beş nəfər HƏLAK OLDU – bu ölkədə

ATIŞMA: Beş nəfər HƏLAK OLDU – bu ölkədə

18/04/2026 19:59
74
Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR gəldi – Bərpa edilə bilər!

Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR gəldi – Bərpa edilə bilər!

18/04/2026 19:52
61

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

17/04/2026 16:05
59

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

13/04/2026 16:21
79

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
156

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
74

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In