Bazar, May 24, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Xalqa artistindən millət vəkilinə sərt reaksiya – Uşaqlarımız şəhidlər xiyabanında yatanlardı

22/05/2026 15:30
Gündəm
43 1
Xalqa artistindən millət vəkilinə sərt reaksiya – Uşaqlarımız şəhidlər xiyabanında yatanlardı
56
Baxış sayı

“Xanım deputatın verdiyi müsahibəni oxudum və çox heyfisləndim. Xalqın dərdinə xalqın içindən çıxan və xalqın seçdiyi insan qalar. Necə yəni, uşaqpulunu müzakirə edən ancaq jurnalistlərdir?! Müavinətlər verilir, filan-filan, beşməkan… Müavinət kömək deməkdir. Hər bir ailəyə, iş təcrübəsi olmayan, yetəri qədər işləyib təcrübə yığa bilməyən və yaxud da xəstə olan, həqiqətən də köməyə ehtiyacı olan adamlara verilir”.

Gündəm24.az  xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı Milli Məclisinin deputatı Günay Ağamalının uşaqpulu ilə bağlı mübahisəli fikirlərinə cavab olaraq bildirib.

O daha sonra əlavə edib:


“Uşaqlar bizim canımızdır, varımızdır, dövlətimizdir. Uşaqlar sabahın əsgəridir. Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır. Onların yerinə biz yetişdirməliyik, sabahın əsgərini böyütməliyik. Heç dövlət nümayəndəsi, dövlət qulluqçusu belə bir söz deyərmi?! Belə bir ifadə işlədərmi?! Mən başa düşə bilmirəm, bu hansı vicdana sığır?! Bəli, uşaqpulları verilməlidir və veriləcək də! Sadəcə, az, çox az səbr etmək lazımdır ki, müəyyən işlər toparlansın və həllini tapsın. Xanım, bu bir dövlət qulluqçusu kimi nə dövləti, nə dövlətçiliyi, nə də sizi namizəd kimi qəbul edib, deputat edən adamları heç vaxt qane etməz! Yadınızda saxlayın! Bu xalqdır. Xalqın ən çox istədiyi, ən çox ehtiyacı olan və ən çox danışdığı mövzuya belə laqeyd, belə qulaqardı yanaşmaq olmaz! Siz nə edirsiniz?! Siz şir ürəyi yemisiz?! Heç bir bayağı sözünüz, yersiz hərəkətiniz bu xalqın arasına ləxləxə sala bilməyəcək! Yadınızda saxlayın! Əgər həqiqətən də dövlətə və dövlətçiliyə, Azərbaycana sadiq bir insansınızsa, siz danışanda danışığınıza fikir verin və yüz ölçüb, yüz biçin! Necə yəni uşaqpulu versəniz, onun atası işləməyəcək?! Arxayın olacaq ki, uşaqpulu alır. Bu nə absurd fikirlərdir?! Mən elə bildim ki, lətifə oxuyuram. Həqiqətən də müsahibəni oxuyanda belə zənn etdim ki, mırt vuran bir adamdır, kiminləsə zarafat edir. Siz həm bizim kişilərin, həm də analarımızın hissiyatına toxunursuz! Belə şey olar?! Siz Azəri türküsüz! Azəri türkü ömür billah haqsızlıqla vuruşub! Qələbəni də haqqı qoruduğuna və haqqı bərpa etdiyinə görə alıb. Ona görə də tarixlərə gömülüb. Düz deyirsiz, tarixə gömülənlər var, amma qəhrəman kimi yox, layiqsiz adlarla gömülüblər! Hər halda bunu siz daha yaxşı bilərsiniz! Mən bir vətəndaş kimi, dövlətini sevən, xalqına qiymət verən və xalqının qarşısında baş əyən, dövlətçiliyini qoruyan, xalq artisti kimi deyirəm ki, ümumiyyətlə, bu müsahibə olmayıb və mən bəzi bayağı insanların yerinə xalqımdan, analardan, qadınlardan, qardaşlarımızdan dönə-dönə, üzr istəyərdim.. Lakin mən bilirəm ki, onlar bu üzürü qəbul etməzlər. Çünki onlar bilirlər ki, mən onlara əsl qiymətlərini verən insanam. Mən Azəri türküyəm. Vətənini, torpağını sevən insanam. Hamınıza da bunu tövsiyə edirəm. Uşaqpulu verilməlidir. Cənab prezidentin bunu edəcəyinə adım kimi əminəm. Bu tezliklə olacaq, bizim körpələrimiz böyüyəcək və çoxalacaq. Bizim xalqımızın sayı milyon deyil, trilyonlara çatacaq. Mən buna inanıram. “Yaşasın xalqım” deyirəm”.


Qeyd edək ki, deputat Günay Ağamalı “Günə doğru” verilişində uşaqpulu ilə bağlı mübahisəli məsələlər danışıb. Onun bu müsahibəsi sosial şəbəkələrdə etiraza və insanların kəskin rəylərinə səbəb olub.

Oxşarxəbərlər

Baş nazirlə bağlı SON DƏQİQƏ – Bu ölkəyə getdi
Gündəm

Baş nazirlə bağlı SON DƏQİQƏ – Bu ölkəyə getdi

21/05/2026 21:00
52
Səhhətim irəli getməkdən, geri gedir … – Ofeliya Sənani
Gündəm

Səhhətim irəli getməkdən, geri gedir … – Ofeliya Sənani

21/05/2026 20:13
55
Amina Mohammed: Bakıda tarixi irslə müasirliyin vəhdəti təmin edilir
Gündəm

Amina Mohammed: Bakıda tarixi irslə müasirliyin vəhdəti təmin edilir

21/05/2026 19:47
53
Tiktoker özünə saqallı mühafizəçi axtarır – 12 saat, 1000 manat
Gündəm

Tiktoker özünə saqallı mühafizəçi axtarır – 12 saat, 1000 manat

20/05/2026 10:26
54
Pakistanlı mühəndis: Bakının Dənizkənarı Bulvar ərazisi ekoloji və davamlı şəhərsalmaya çox gözəl bir nümunədir
Gündəm

Pakistanlı mühəndis: Bakının Dənizkənarı Bulvar ərazisi ekoloji və davamlı şəhərsalmaya çox gözəl bir nümunədir

19/05/2026 12:38
56
“Avroviziya”da qalib olan mahnı haqda qəribə iddia
Gündəm

“Avroviziya”da qalib olan mahnı haqda qəribə iddia

18/05/2026 17:24
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu uşağın valideynləri axtarılır – FOTO

Bu uşağın valideynləri axtarılır – FOTO

23/05/2026 23:21
63
TƏCİLİ! Azərbaycanın konsulu İranda faciəvi şəkildə HƏLAK OLDU

TƏCİLİ! Azərbaycanın konsulu İranda faciəvi şəkildə HƏLAK OLDU

23/05/2026 22:50
65
Rusiyaya HÜCUM

Rusiyaya HÜCUM

23/05/2026 22:17
55
Rusiya AZAL-a kompensasiya verəcək

Rusiya AZAL-a kompensasiya verəcək

23/05/2026 21:43
66

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

22/05/2026 16:45
64

TƏCİLİ: Lavrovdan sərt mesaj — Müharibənin bitməsi üçün Rusiyanın şərti açıqlandı

TƏCİLİ: Lavrovdan sərt mesaj — Müharibənin bitməsi üçün Rusiyanın şərti açıqlandı

22/05/2026 16:38
55

Prezident Ərdoğan iqtisadi hədəfi açıqladı: “Türkiyə oyun dəyişdirici olacaq”

Prezident Ərdoğan iqtisadi hədəfi açıqladı: “Türkiyə oyun dəyişdirici olacaq”

22/05/2026 15:14
56

TƏCİLİ: Putinə rəsmi dəvət — Vyetnamdan Moskvaya kritik mesaj

TƏCİLİ: Putinə rəsmi dəvət — Vyetnamdan Moskvaya kritik mesaj

22/05/2026 14:45
62

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.