Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Xaricdən mal gətirmək olmayacaq? – Yeni QAYDA

11/09/2026 12:27
Gündəm
829 9
Xaricdən mal gətirmək olmayacaq? – Yeni QAYDA
693
Paylaşım sayı
963
Baxış sayı

Azərbaycanda gömrük sərhədindən mal keçirən fiziki şəxslərlə bağlı yeni qayda tətbiq olunacaq. Nazirlər Kabinetinin qərarı ilə gömrükdə malların bəyan edilməsi qaydalarına dəyişiklik edilib. Yeni qaydaya əsasən, “Qırmızı kanal”dan keçən şəxslər müəyyən hallarda malları sadələşdirilmiş bəyannamə ilə bəyan etməli olacaqlar. Bəyannamə həm kağız, həm də elektron formada təqdim edilə bilər.

Azərbaycana rüsumsuz mal gətirmək limiti qüvvəyə mindi - BBC News  Azərbaycanca

Qaydalara əsasən, şəxsin əl yükündə və ya baqajında kommersiya məqsədi daşımayan, lakin bəyan edilməsi tələb olunan mallar olduqda, gömrük orqanına sadələşdirilmiş bəyannamə təqdim ediləcək. Bəyannamədə müəyyən edilmiş güzəşt həddini aşan mallar, qiymətli metallar və daşlar, xarici valyuta və qiymətli kağızlar, müəyyən məbləğdən yuxarı milli valyuta, dini məzmunlu materiallar, silah və sursat, eləcə də ölkəyə gətirilən mobil cihazlar barədə məlumatların göstərilməsi nəzərdə tutulur.

Müşayiət olunmayan baqajla göndərilən mallar üçün də ayrıca sadələşdirilmiş bəyannamə tətbiq ediləcək.

Yeni qayda sosial şəbəkələrdə və ictimai müzakirələrdə bir sıra suallar doğurub. Əsas sual isə budur: Bu dəyişiklik xaricdən mal gətirilməsinə yeni məhdudiyyətlər yaradacaqmı? Adi vətəndaş xaricdən özü üçün aldığı geyim, elektronika və digər məhsulları əvvəlki kimi ölkəyə gətirə biləcəkmi? Yoxsa bundan sonra gətirilən malların daha geniş şəkildə bəyan edilməsi və gömrük ödənişlərinin aparılması tələb olunacaq?

İqtisadçı Natiq Cəfərli Musavat.com-a bildirib ki, qərarın mahiyyətini düzgün anlamaq üçün yeni tətbiqin mövcud gömrük praktikasından nə ilə fərqləndiyinə diqqət yetirmək lazımdır: “Əslində, bu qərar sadəcə əvvəldən mövcud olan praktikanın rəsmiləşdirilməsidir. Azərbaycanda bəzi hallarda xaricdən gələn şəxslərin yüklərinin yoxlanılması həyata keçirilirdi. Özüm də xarici səfərlərdən qayıdarkən şahidi olmuşam. İndi isə bu proses rəsmiləşdirilir və qaydalar daha dəqiq şəkildə müəyyənləşdirilir. Yəni əvvəllər müəyyən hallarda tətbiq edilən yoxlama prosedurlarının indi hüquqi və inzibati çərçivəsi daha aydın şəkildə müəyyən olunur”.

Natiq Cəfərli REAL Partiyasının Siyasi Komitəsinin yeni sədri seçilib

Onun sözlərinə görə, məsələn, hər hansı şəxs şübhəli hesab edilərsə, onun əl yükü və baqajı yoxlanıla bilər: “Yoxlama zamanı hər hansı əşyadan və ya maldan normadan artıq miqdarda gətirildiyi və bunun kommersiya məqsədi daşıdığına dair şübhə yarandığı halda, həmin malların bəyan edilməsi və müvafiq gömrük rüsumunun ödənilməsi tələb oluna bilər. Burada əsas məsələ odur ki, xaricdən mal gətirilməsi ilə bağlı ümumi qadağadan söhbət getmir. Söhbət malların bəyan edilməsi və onların hansı məqsədlə gətirilməsinin müəyyənləşdirilməsi mexanizminin daha aydın formada tətbiq edilməsindən gedir”.

Natiq Cəfərli qeyd edib ki, vətəndaşın şəxsi istifadəsi üçün xaricdən müəyyən əşyalar gətirməsi ilə kommersiya məqsədilə, yəni satış üçün çoxsaylı eyni və ya oxşar məhsullar gətirməsi eyni məsələ deyil: “Əgər gətirilən malların miqdarı və xarakteri onların kommersiya məqsədi daşıdığına dair əsas yaradırsa, həmin mallarla bağlı gömrük prosedurları və ödənişlər tətbiq oluna bilər. Yəni böyük ehtimalla, söhbət məhz bu dəyişikliklərdən gedir”.

Oxşarxəbərlər

Ayı 2 nəfəri parçaladı
CƏMİYYƏT

Ayı 2 nəfəri parçaladı

20/09/2026 15:00
971
Kozinoğlunun ölümü ilə bağlı daha dörd nəfər saxlanıldı
Gündəm

Kozinoğlunun ölümü ilə bağlı daha dörd nəfər saxlanıldı

19/09/2026 23:21
955
“Şəhid olsaq, bizi bir yerdə basdırarsınız…” – VİDEO
Gündəm

“Şəhid olsaq, bizi bir yerdə basdırarsınız…” – VİDEO

19/09/2026 13:29
960
Bakıda gözəllik salonunda qadını dişlədilər
CƏMİYYƏT

Bakıda gözəllik salonunda qadını dişlədilər

19/09/2026 00:24
968
Həbsinə heç kim inanmırdı… – 1 ildir içəridədir
Gündəm

Həbsinə heç kim inanmırdı… – 1 ildir içəridədir

18/09/2026 19:47
959
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
Gündəm

Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA

18/09/2026 17:14
956

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi

“Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi

20/09/2026 23:02
956
Ərbil hava limanı PUA hücumu

Ərbil hava limanı PUA hücumu

20/09/2026 21:33
958
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi

Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi

20/09/2026 20:24
958
Trampın paylaşdığı xəritə qalmaqal yaratdı – Makrondan CAVAB

Trampın paylaşdığı xəritə qalmaqal yaratdı – Makrondan CAVAB

20/09/2026 15:01
967

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
960

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
962

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
963

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.