Şuşa Dövlət Dram Musiqili Komediya Teatrına yeni direktor əvəzi təyin olunub.
Gündəm24.az Qaynarinfo-ya istinadən xəbər verir ki, direktor səlahiyyətlərini Əməkdar artist, mərhum Yadigar Muradovun müavini Azad Məmmədov icra edəcək.
Əməkdar artist Azad Məmmədov məlumatı Qaynarinfo-ya təsdiqləyib.
Xatırladaq ki, Şuşa Dövlət Dram Teatrının direktoru Yadigar Muradov uzun sürən xəstəlikdən sonra noyabrın 18-də dünyasını dəyişib. Mərhum xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Azad Məmmədov













