Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət ünvanlayıb.
Gündəm24.az bildirir ki, bu barədə Oxu.Az-a NİİM-dən məlumat verilib.
Bildirilib ki, verilən proqnoza görə, paytaxtda havanın gecə saatlarında şaxtalı olacağı gözlənilir. Bəzi yolların buz bağlayacağı və sürüşmə ehtimalının artacağını nəzərə alaraq, sürücülər nəqliyyat vasitəsini sürətlə idarə etməkdən çəkinməlidirlər. Onların ehtiyatlı davranması, eləcə də nasazlıq baş verdikdə avtomobili dərhal yolun kənarına çəkməsi vacibdir.














