Şənbə, Aprel 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Yeni Ağdam regionlarımız üçün strateji inkişaf modelidir

21/11/2025 09:07
Gündəm
48 1
Yeni Ağdam regionlarımız üçün strateji inkişaf modelidir
62
Baxış sayı

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı Sərəncama əsasən 20 noyabr Ağdam Şəhəri Günü elan edilib.

Ağdam milli tariximizdə olduğu kimi çağdaş dövlətçilik strategiyamızda müstəsna rola və əhəmiyyətə malik olan qədim yurd yerimizdir. Bu gün “Böyük Qayıdış” konsepsiyasının strateji model şəhərlərindən biri olan Ağdam urbanistik yanaşmanın ən müasir standartları səviyyəsində yenidən qurulmaqdadır.

Şəhərin bərpa layihəsi sadəcə işğalçılar tərəfindən tamamilə dağıdılmış ərazilərin yenidən qurulması deyil, dövlətimizin gələcəyə hesablanmış baxışının, müasir idarəetmə fəlsəfəsinin və milli dirçəliş iradəsinin praktiki ifadəsidir. Ağdamda inşa edilən hər yol, hər bina, bərpa edilən hər məscid, hər bir mədəniyyət abidəsi Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın təntənəsidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2022-ci il tarixli Qərarı ilə təsdiqlənmiş “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan” şəhərin uzunmüddətli inkişaf trayektoriyasını müəyyənləşdirir. Sənəddə şəhərin beş məhəllə üzrə mərhələli şəkildə bərpası 100 min nəfərin yaşayacağı müasir şəhər modelinin formalaşdırılması nəzərdə tutulmuşdur. Hazırda ikinci məhəllədə 66 binanın tikintisi başa çatdırılmış, digər məhəllələrdə isə işlər intensiv şəkildə davam etdirilir. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində aparılan bərpa-quruculuq layihələri də uğurla icra olunmaqdadır. 2025-ci ilin oktyabrına qədər artıq sayı 3 318 nəfərdən ibarət olan 825 ailənin öz doğma torpaqlarına qayıtması bu prosesin uğurlu nəticəsidir.

Şəhərdə reallaşdırılan müasir infrastruktur layihələri həm əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə, həm də Ağdamın regionun və ölkənin iqtisadi fəaliyyət infrastrukturuna inteqrasiyasına xidmət edir. 2025-ci ilin may ayında istifadəyə verilmiş Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi şəhərin logistika potensialını əhəmiyyətli dərəcədə artıraraq regionun iqtisadi və sosial imkanlarını daha da genişləndirmişdir. Yeni məktəb, bağça və səhiyyə müəssisələri, geniş yol şəbəkəsi və nəqliyyat infrastrukturunun qurulması Ağdamı Cənubi Qafqazın dinamik mərkəzlərindən birinə çevirir.

Ağdamın inkişaf strategiyasında mühüm rol oynayacaq iqtisadi təsərrüfat vahidlərindən biri Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli Fərmanı ilə yaradılmış Ağdam Sənaye Parkıdır. 190 hektar ərazini əhatə edən Sənaye parkı bölgənin sahibkarlıq mühitini zənginləşdirməklə yanaşı, həm də regionda texnoloji modernləşmənin və yerli istehsalın yeni mərhələsini formalaşdırır. Rezident sayı üzrə ölkəmizdə Sumqayıt Sənaye Parkından sonra ikinci yeri tutan bu iqtisadi zona Ağdamı Azərbaycanın sənaye xəritəsində strateji inkişaf mərkəzlərindən birinə çevirir. Parkda fəaliyyət göstərən müəssisələr məşğulluğu artırır, regionun davamlı inkişaf modelini formalaşdırır və texnoloji ekosistemin güclənməsinə şərait yaradır.

Şəhərin mədəni irsinin qorunması və bərpası Ağdamın modernləşmə fəlsəfəsinin mühüm tərkib hissəsidir. Ağdam Muğam Mərkəzi, Cümə məscidi, Pənahəli xanın sarayı, İmarət Kompleksi kimi milli-mədəni obyektlərin bərpası şəhərin mənəvi-mədəni xəritəsini yenidən formalaşdırır. 2022-ci ilin oktyabrında Xan qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin bərpa edilməsi, 474 nəfərlik konsert zalı, dərs otaqları və sərgi sahələrinə malik olan Muğam Mərkəzinin istifadəyə verilməsi Ağdamı bölgənin mühüm mədəniyyət mərkəzinə çevirir. Bu layihələr həm milli irsin yaşadılmasına, həm də regionda beynəlxalq tədbir və festivalların keçirilməsinə geniş imkanlar açır.

Ağdamın urbanistika modeli yüksək ekoloji standartların, innovativ texnologiyaların, sənaye, mədəniyyət və sosial infrastrukturun bir-birini tamamladığı kompleks inkişaf yanaşmasına əsaslanır. Burada həyata keçirilən hər bir layihə – yollar, məktəblər, sənaye müəssisələri, mədəniyyət mərkəzləri – vahid strateji şəhərsalma konsepsiyasının tərkib hissəsidir və müasir şəhər modelini özündə təcəssüm etdirir. Burada icra olunan hər bir abadlıq layihəsi, hər bir bərpa işi post-münaqişə dövründə regionların sürətli və dayanıqlı inkişafını təmin edən yüksək standartlı şəhərsalma təcrübəsinin bariz nümunəsidir.

Ağdamda gedən quruculuq proseslərinin miqyası və sürəti beynəlxalq tədbirlərdə iştirak etmək üçün gələn əcnəbi qonaqların və turistlərin də diqqətindən yayınmır. Dövlət başçısı ilə yanaşı Qırğız Respublikasının Prezidenti Sadır Japarov da Ağdamın Xıdırlı kəndinin birinci mərhələsinin açılışında iştirak etmiş, ECO-nun 17-ci Zirvə Görüşünün liderləri “İmarət” Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu izləmişlər.

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin birlikdə Ağdamda Şahbulaq qalasına səfəri zamanı qonaqlar Vətən müharibəsindən sonra “Qafqazın Xirosiması” adlandırılan bu şəhərin hazırda yeni və daha möhtəşəm bir simada dirçəlməsini Azərbaycan dövlətinin böyük uğuru kimi dəyərləndirmişlər. Məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı ilə şəhərin hər guşəsində canlanan həyat Ağdamın yenidən Azərbaycanın qürur məkanına çevrildiyini göstərir.

20 noyabr – Ağdam Şəhəri Günü sadəcə şəhərin azad olunması tarixi deyil, həm də onun yenidən doğuluşunun və uğurlu inkişafınının rəmzidir. Yeni Ağdam Azərbaycan xalqının həmrəyliyinin və dövlətimizin uğurla həyata keçirdiyi strateji inkişaf modelinin parlaq təzahürüdür.

Cavanşir Feyziyev
Milli Məclisin deputatı

Oxşarxəbərlər

Azərbaycanda süni intellektlə ilk tarixi film hazırlandı – VİDEO
Gündəm

Azərbaycanda süni intellektlə ilk tarixi film hazırlandı – VİDEO

16/04/2026 11:35
56
Türkiyə Sevinc Hüseynovanı Azərbaycana təhvil verdi
Gündəm

Türkiyə Sevinc Hüseynovanı Azərbaycana təhvil verdi

16/04/2026 09:52
55
Xalid Qarayev ABŞ-də HƏBS OLUNUB – FOTO
Gündəm

Xalid Qarayev ABŞ-də HƏBS OLUNUB – FOTO

16/04/2026 09:47
64
Ucuz reytinqə görə TV-lər cəzalandı, bəs saytlar?.. – Nailə İslamzadədən mediaya kəskin etiraz
Gündəm

Ucuz reytinqə görə TV-lər cəzalandı, bəs saytlar?.. – Nailə İslamzadədən mediaya kəskin etiraz

16/04/2026 08:04
55
Space TV bağlanır? – Telekanal daxilində baş verən “çox dərin olaylar”…
Gündəm

Space TV bağlanır? – Telekanal daxilində baş verən “çox dərin olaylar”…

15/04/2026 19:48
57
Uşaq qidasından qurd çıxması ilə bağlı AÇIQLAMA VERİLDİ
Gündəm

Uşaq qidasından qurd çıxması ilə bağlı AÇIQLAMA VERİLDİ

15/04/2026 18:46
59

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

ABŞ İranla barışdı – Bakıda balıq ucuzlaşdı – Reportaj

ABŞ İranla barışdı – Bakıda balıq ucuzlaşdı – Reportaj

18/04/2026 09:33
55
Neftçalada ağır qəza: ölən var

Neftçalada ağır qəza: ölən var

18/04/2026 09:23
57
Hava ilə bağlı XƏBƏRDARLIQ

Hava ilə bağlı XƏBƏRDARLIQ

18/04/2026 09:13
68
Əhaliyə şad xəbər – Bu gün giriş pulsuz olacaq

Əhaliyə şad xəbər – Bu gün giriş pulsuz olacaq

18/04/2026 09:12
59

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

17/04/2026 16:05
59

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

13/04/2026 16:21
79

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
156

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
72

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.