Şirvanda usta hündürlükdən yıxılaraq ölüb.
Gündəm24.az xəbər verir ki, hadisə Şirvan şəhərində fərdi yaşayış evlərindən birində dam örtüyünü təmir edən zaman baş verib. Həmin evdə usta kimi çalışan Şirvan sakini, 1998-ci il təvəllüdlü Rəvan Rəsulov damdan yıxılaraq ağır xəsarətlər alıb. O, xəstəxanaya çatdırılarkən yolada həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.(apa)














