Ağdərə rayon ərazisində minaya düşən şəxs Bərdə Diaqnostika Mərkəzinə göndərilib.
Gündəm24.az “Teleqraf”a istinadla xəbər verir ki, bu gün günün ikinci yarısı rayonun Şıxarx qəsəbəsi ərazisində heyvan otararkən minaya düşən 55 yaşlı Pənahəliyev Nazim Kamran oğlu ilk olaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, N.Pənahəliyeva ilkin yardım göstərilib daha sonra Bərdə Diaqnostika Mərkəzinə göndərilib.
Hazırda N.Pənahəliyev əməliyyat masasına götürülüb.
Faktla bağlı araşdırma başlanıb.
18:25
Ağdərə rayonunun Şıxarx kəndi ərazisində mina hadisəsi baş verib.
Gündəm24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin birgə məlumatında deyilir.
Məlumata görə, dekabrın 3-də 1970-cı il təvəllüdlü kənd sakini Pənahəliyev Nazim Kamran oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.
Xəsarət alan şəxs rayon xəstəxanasına təxliyə edilib. Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
“ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır”, birgə məlumatda deyilir.














