Masallı rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Gündəm24.az xəbər verir ki, bu barədə Oxu.Az-a Masallı Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
“Yol-nəqliyyat hadisəsi ilə əlaqədar bir nəfər (kişi) Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Başın sol gicgah nahiyəsinin kəsilmiş-cırılmış yarası, çənəaltı nahiyənin kəsilmiş-cırılmış yarası, sol bazu sümüyünün qapalı yerdəyişən sınığı diaqnozları təyin edilən şəxs xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Hazırda müalicəsi xəstəxanada davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir. Bir nəfərin isə (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb”, – deyə məlumatda qeyd olunub.














