Xəbər verdiyimiz kimi, Tovuzda güclü yağışdan sonra gələn sel Zəyəm çayının üzərində yerləşən körpünü dağıdıb, hadisə nəticəsində İsakənd kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Gündəm24.az xəbər verir ki, KONKRET.az-ın məlumatına görə, hadisə ilə bağlı kənd sakinləri danışıblar.
Bildiriblər ki, sel dünən axşamtərəfi gəlib:
“Həmin vaxt biz təsərrüfatımızda idik. Gəldik, keçə bilmədik. Aidiyyəti qurumlara zəng etdik, yardım gəlmədi ki, bizi o tərəfə keçirsin. 3-4 ildir vəziyyət belədir. İcraya gedib-gəlirik, tədbir görən yoxdur. Kənddə hamilə qadın var, xəstə var. Çox ağır xəstə qadın var, bizim də qəbiristanlıq bu tərəfdədir. Bir şey olsa, necə keçirəcəyik onu? Təcili yardım çağırmaq mümkün deyil”.
“Uşaq o yanda, ana bu yanda qalıb. Bu körpünü 1980-ci illərdə kənd camaatı, özümüz öz vəsaitimiz hesabına qurmuşuq. Qurumlara dünəndən müraciət etmişik, niyə gəlib kömək etmirlər? Dünən az qaldı uşağımı sel apara. Yeganə gediş-gəliş yolumuz budur”, – deyə digər sakin qeyd edib.
Daha ətraflı “Baku TV”nin süjetində:













