Bərdədə də 10 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gündəm24.az xəbər verir ki, qəza Bəhrəmtəpə-Mingəçevir avtomobil yolunun Bərdə rayonu Bəcirəvan kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan VAZ-2115 markalı 10-HT-171 dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes” markalı minik avtomobili toqquşub. Zərbənin təsirindən “Mercedes” markalı avtomobil yol kənarındakı kanala düşüb.
1994-cü il təvəllüdlü Orxan Vüqar oğlu Babayev, 2004-cü il təvəllüdlü Röyal Rövşən oğlu Hacıyev, 2007-ci il təvəllüdlü Ayxan Natiq oğlu Hətəmov, 2007-ci il təvəllüdlü Mirşahin Yelmar oğlu Nəcəfli, 1979-cu il təvəllüdlü Efras Ayaz oğlu Paşayev, 1990-cı il təvəllüdlü Rabella Əlibaba qızı Həmidova, 2018-ci il təvəllüdlü Ömər Kamandar oğlu Həmidzadə, 1964-cü il təvəllüdlü Səkurə Yaqub qızı Həmidova, 1963-cü il təvəllüdlü Həmid Fərrux oğlu Həmidov və 1988-ci il təvəllüdlü Kamandar Həmid oğlu Həmidov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Bərdə Mərkəzi Xəstəxanasının Diaqnostika şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.(report)














