Bakı-Sumqayıt yolunda ictimai nəqliyyat vasitəsi yanıb.
Gündəm24.az xəbər verir ki, hadisə magistralın Avtovağzal dairəsi yaxınlığında qeydə alınıb. Məlumata görə, “135” saylı avtobus naməlum səbəbdən alovlanmağa başlayıb. Əraziyə polis briqadası və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.














