Cümə axşamı, İyun 25, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bakıda bu təhlükə böyüyür: Qarşısı alınmasa…

24/06/2026 10:48
Hadisə
42 3
Bakıda bu təhlükə böyüyür: Qarşısı alınmasa…
57
Baxış sayı

Paytaxt ərazisində motosiklet və mopedlərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdirilir. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, cari ilin ilk 5 ayı ərzində motosiklet və mopedlərin iştirakı ilə ölüm və xəsarətlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Qəzalar nəticəsində 5 nəfər həyatını itirib, 1 nəfər isə xəsarət alıb. Qeyd olunub ki, statistik göstəricilərdə azalma müşahidə edilsə də, yol hərəkəti təhlükəsizliyinin təmin olunması istiqamətində profilaktik tədbirlər davam etdirilir. Məlumata əsasən, iyun ayının əvvəlindən indiyədək sürücülük hüququ olmadan idarə edilən, dövlət qeydiyyat nişanı olmayan, eləcə də normativ tələblər pozulmaqla avadanlıq quraşdırılan və ya konstruksiyası dəyişdirilən 79 motosiklet və moped aşkarlanaraq mühafizə olunan duracaqlara yerləşdirilib. Həmin nəqliyyat vasitələrinin sürücüləri barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Rəsmi statistikada müəyyən dinamika əks olunsa da, xüsusilə son günlərdə paytaxt yollarında iki təkərli nəqliyyat vasitələrinin iştirakı ilə ölümlə nəticələnən ağır qəzaların sayında ciddi artım müşahidə edilir. Bu vəziyyət cəmiyyətdə ciddi narahatlıq doğurmaqla yanaşı, qəzaların real səbəblərini və onların qarşısının alınması yollarını yenidən gündəmə gətirib.

Məsələ ilə bağlı NOCOMMENT.az–a danışan nəqliyyat eksperti Tale Ələddinzadə qeyd edib ki, son günlər müşahidə olunan qəza artımının kökündə həm mövsümi amillər, həm də sürücülərin məsuliyyətsizliyi dayanır: “Yay aylarının gəlişi və kuryer xidmətlərinə tələbatın pik həddə çatması yollarda moped və motosikletlərin sayını kəskin artırıb. Sürücülərin əksəriyyəti gənc və təcrübəsiz şəxslərdir. Onlar bəzən daha çox sifariş çatdırmaq və ya sadəcə adrenalin naminə sürət həddini aşır, manevr qaydalarını kobud şəkildə pozurlar. Ən dəhşətlisi odur ki, bu nəqliyyat vasitələrini idarə edənlər arasında dəbilqə və digər qoruyucu vasitələrdən istifadə etməyənlərin sayı həddindən artıq çoxdur. Bu səbəbdən baş verən ən yüngül toqquşma belə birbaşa ölüm və ya ağır kəllə-beyin travması ilə nəticələnir. Dövlət Yol Polisinin son əməliyyatla 79 moped və motosikleti duracağa yerləşdirməsi problemin miqyasını göstərir. Sürücülük hüququ olmadan, qeydiyyat nişansız yola çıxmaq digər hərəkət iştirakçılarının da həyatını birbaşa təhlükəyə atmaq deməkdir”.

Onun sözlərinə görə, bu növ qəzaların qarşısını tamamilə almaq üçün təkcə reydlər kifayət etmir, daha köklü və sistemli addımların atılması mütləqdir: “İlk növbədə, mopedlərin idarə edilməsi üçün qanunvericilik bazası və nəzarət mexanizmi daha da sərtləşdirilməlidir. Mühərrikinin həcmindən asılı olmayaraq, yollarda hərəkət edən bütün iki təkərli mexaniki nəqliyyat vasitələri dövlət qeydiyyatına alınmalı və mütləq nömrə nişanı ilə təmin olunmalıdır. Bu, kameraya düşən qayda pozuntularına görə cəzaların qaçılmazlığını təmin edəcək. Digər tərəfdən, kuryer şirkətləri üzərinə böyük məsuliyyət qoyulmalıdır. Şirkətlər işə götürdükləri sürücülərdən mütləq şəkildə sürücülük vəsiqəsi, tibbi arayış tələb etməli və onları xüsusi qoruyucu geyimlərlə təmin etməlidir. Həmçinin sifarişlərin çatdırılma vaxtı ilə bağlı qoyulan aqressiv vaxt limitləri ləğv olunmalıdır, çünki bu limitlər kuryerləri yollarda ölüm yarışına çıxmağa məcbur edir. Yalnız kompleks hüquqi tənzimləmə, ciddi korporativ məsuliyyət və fasiləsiz polislə nəzarət tədbirləri sayəsində biz bu qanlı qəzaların qarşısını ala bilərik”.

Oxşarxəbərlər

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi
Hadisə

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi

25/06/2026 12:19
55
“Arzum 999” ləqəbli tiktokerin məhkəməsi təxirə salındı
Hadisə

“Arzum 999” ləqəbli tiktokerin məhkəməsi təxirə salındı

25/06/2026 11:33
54
Bakıda 21 yaşlı oğlan dənizdə batdı
Hadisə

Bakıda 21 yaşlı oğlan dənizdə batdı

25/06/2026 10:27
52
Dənizdə batan 4 nəfərdən sonuncunun da meyiti tapıldı
Hadisə

Dənizdə batan 4 nəfərdən sonuncunun da meyiti tapıldı

25/06/2026 09:48
54
Avtomobil 20 metr hündürlükdən dərəyə düşdü
Hadisə

Avtomobil 20 metr hündürlükdən dərəyə düşdü

25/06/2026 00:14
54
Vətən müharibəsi qazisi bıçaqlandı
Hadisə

Vətən müharibəsi qazisi bıçaqlandı

24/06/2026 23:28
54

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İlham Əliyev bu qanuna dəyişiklikləri TƏSDİQLƏDİ

İlham Əliyev bu qanuna dəyişiklikləri TƏSDİQLƏDİ

25/06/2026 14:22
53
SON DƏQİQƏ! Xəstəxanalarla bağlı BU QAYDA dəyişir

SON DƏQİQƏ! Xəstəxanalarla bağlı BU QAYDA dəyişir

25/06/2026 14:07
51
Erməni döyüşçünün Azərbaycanla bağlı bu hərəkəti rekord qırdı – VİDEO

Erməni döyüşçünün Azərbaycanla bağlı bu hərəkəti rekord qırdı – VİDEO

25/06/2026 14:06
51
Azərbaycanda benzin bahalaşacaq? – Tarif Şurası qərar verə bilər…

Azərbaycanda benzin bahalaşacaq? – Tarif Şurası qərar verə bilər…

25/06/2026 13:59
51

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:18
63

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:17
53

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

24/06/2026 11:12
86

Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

23/06/2026 13:17
92

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.