Paytaxtın Binəqədi rayonunda yerləşən özəl reabilitasiya mərkəzinə yerləşdirilən şəxs müəmmalı şəraitdə ölüb.
Gündəm24.az -ın əldə etdiyi məlumata görə, hadisə iyunun 12-si saat 09 radələrində Görədil qəsəbəsi ərazisində yerləşən “Reself Lite” reabilitasiya mərkəzində baş verib.
Belə ki, orada müalicə alan Zaqatala rayon sakini, 1985-ci il təvəllüdlü Ə. Ramazanov naməlum səbəbdən ölüb. Onun bir müddətdir qeyd edilən mərkəzdə müalicə aldığı bildirilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğuna araşdırmalara başlanılıb.














