Bakıda gənc oğlan parkda qızı döyüb.
Gündəm24.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən parkda qeydə alınıb.
İttiham aktına görə, 22 yaşlı Tacir Məmmədov (şərti adla) parkda aralarında yaranmış mübahisə zamanı 17 yaşlı Mətanətin (şərti adla) üzünə əl ilə zərbələr vurub. Nəticədə qızın burnu sınıb və bir sıra başqa xəsarətlər alıb.
Faktla bağlı Tacir saxlanılaraq, barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, dostu yanında bir qızla telefonla danışırmış. Bu zaman həmin qızın rəfiqəsi onların arxasına düşdükləri üçün onu və dostunu təhqir edib. Bundan sonra Tacir dostu ilə birgə qızların yanına gedib. Tacir onları söyən qızla danışarkən Mətanət araya girərək, daha ağır ifadə işlədib. Bundan hiddətlənən Tacir əl zərbələri ilə qızın üzünə zərbələr vurub.













