Paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın başlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bakupost.az-a bildirilib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.
Polis əməkdaşları tərəfindən əraziyə nəzarət təmin edilir və təhlükəsizlik tədbirləri görülür.
Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər davam etdirilir














