Sumqayıt şəhəri, 52-ci məhəllədə məişət tullantılarının vaxtında yığılmaması ilə bağlı yaranmış problem aradan qaldırılıb.
Xatırladaq ki, sakinlər zibil maşınının qrafikə uyğun gəlmədiyini, bəzi hallarda ümumiyyətlə əraziyə baş çəkmədiyini, gəldiyi zaman isə tullantıların tam şəkildə yığılmadığını bildirirdilər.
Məsələ ilə bağlı Sumqayit24.az-a açıqlama verən Sumqayıt Təmizlik Departamentindən bildirilib ki, ərazidə təmizlik işləri aparılıb və məişət tullantıları tam şəkildə yığışdırılıb.













