Gündəm24.az xəbər verir ki, Hacıqabul-Bəhrəmtəpə-Mincivan yolunun 130-cu kilometrliyində Manaf Qurbanovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Aqşin Abdullayevin sürdüyü “Mercedes” toqquşub.
Nəticədə, M.Qurbanov aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.














