Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Gündəm24.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin “Komsomol” adlanan ərazisində qeydə alınıb.
İlkin məlumata görə, 1991-ci il təvəllüdlü İbrahim İbrahimov baş və kürək nahiyyəsinin bıçaq yarası ilə xəstəxanaya çatdırılıb.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.
İ.İbrahimovun qonşusu tərəfindən bıçaqlandığı ehtimal edilir.
Faktla bağlı araşdırma başlanılıb.














