Gəncədə gənc qızın meyiti aşkarlanıb.
Gündəm24.az xəbər verir ki, hadisə şəhərin Muxtar Hacıyev küçəsində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü S.Sadıqovanın yaşadığı evdə cansız bədəni aşkarlanıb.
Hazırda gənc qızın ölüm səbəbi və hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Faktla əlaqədar Gəncə Şəhər Prokurorluğunda müvafiq iş başladılıb./yenisabah/














