Sumqayıt şəhərində çəyirtkələrin artdığı müşahidə olunur.
Sumqayit24.az-a müraciət edən vətəndaşların sözlərinə görə, şəhərin müxtəlif ərazilərində – 16-cı, 17-ci mikrorayonlarda, Yeni Corat ərazisində, eləcə də Sumqayıt bulvarının dənizə yaxın hissəsində kütləvi olaraq çəyirtkələr artıb.
Sakinlər bildirirlər ki, həşəratların sayının çoxalması narahatlıq yaradır və bu səbəbdən aidiyyəti qurumların ərazilərdə müvafiq tədbirlər görməsi zəruridir.
“Yollar çəyirtkələrlə doludur. Bununla bağlı tədbir görülsün, ərazilərdə dezinfeksiya işləri aparılsın”, – deyə vətəndaşlar bildiriblər.
Məlumat üçün bildirək ki, yaxın vaxtlarda şəhərdə qurbağaların və Amerika ağ kəpənəyinin yayılması ilə bağlı xəbərlər dərc etmişik.














