Sumqayıtda zəncirvari qəza olub, dörd avtomobil toqquşub.
Gündəm24.az Report-a istinadən xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb.
Belə ki, iki “Opel”, bir “BYD” və bir “Chevrolet” markalı minik avtomobili toqquşub. Nəticədə nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.














