Sumqayıt şəhərində genişmiqyaslı yanğın hadisəsi qeydə alınıb. Hadisə şahidlərin verdiyi məlumata görə, şəhərin “Yaşıl dərə” yaşayış massivində, Bələdiyyə parkının yaxınlığında güclü yanğın başlayıb.
NOCOMMENT.az xəbər verir ki, qısa müddətdə böyüyən alov ətraf ərazilərə yayılmağa başlayıb və əraziyə güclü tüstü dumanı bürüyüb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinə aid yanğınsöndürmə briqadaları və canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğının genişlənməsinin, park ərazisinə və yaxınlıqdakı tikililərə, fərdi yaşayış evlərinə keçməsinin qarşısının alınması istiqamətində operativ söndürülmə işləri həyata keçirilir. Hadisənin başvermə səbəbləri və dəyən ziyanın həcmi hələlik məlum deyil.














