Ucarda kütləvi şəkildə qida zəhərlənməsi ilə bağlı prokurorluğa məlumat daxil olub.
Gündəm24.az-ın xəbərinə görə, Baş Prokurorluqdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Əlavə məlumatın veriləcəyi bildirilib.
17:12
Dekabrın 30-da saat 11:00 radələrindən etibarən zəhərlənmə şübhəsilə 14 nəfər (3 kişi, 11 qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Gündəm24.az bildirir ki, bu barədə APA-nın soğusuna cavab olaraq Ucar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
“Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb”, məlumatda deyilir.














