“Zirə” klubunun idman direktoru vəzifəsinə yeni təyinat olub.
Gündəm24.az bildirir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətindən bildirlib.
Daha əvvəl klubda baş menecer kimi çalışan Elman Himayətoğlu sözügedən vəzifəyə təyin edilib.
Qeyd edək ki, E.Himayətoğlu 2015-ci ildən “Zirə”də fəaliyyət göstərir.













