Türkiyə millisinin futbolçusu Arda Gülər dünya çempionatları tarixinə düşüb.
Gündəm24.az teleqraf-a istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi DÇ-2026-nın qrup mərhələsində ABŞ-la keçirilən matçda fərqlənib.
Arda qarşılaşmanın 10-cu dəqiqəsində rəqib qapısına yol tapıb.
Bu, Türkiyə yığmasının 24 ildən sonra Dünya Çempionatında vurduğu ilk qol oldu.
Həmçinin o, milli komandanın DÇ tarixində qol vuran ən gənc futbolçusu olub (21 yaş 120 günlük). Daha əvvəl bu ünvanın sahibi Emre Belözoğlu idi (21 yaş 275 günlük).













