Cümə, Oktyabr 9, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Dedi ki, qız deyiləm, mən də qəbul etdim, evləndim” — 3 il sonra xəyanətini tutdu

04/08/2026 16:34
Kriminal
804 34
“Dedi ki, qız deyiləm, mən də qəbul etdim, evləndim” — 3 il sonra xəyanətini tutdu
693
Paylaşım sayı
963
Baxış sayı

Abşeron rayonunda 26 yaşlı oğlan yetkinlik yaşına çatmayan qızla intim əlaqədə olmaqda, üç il sonra isə ona şiddət göstərməkdə ittiham olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt şəhər sakini, 2000-ci il təvəllüdlü Rüfət 2022-ci ildə Bakı şəhəri ərazisində tanış olduğu Gülərlə (adlar şərtidir – red.) könüllü olaraq həmin gün birlikdə yaşadığı Abşeron rayonunda yerləşən fərdi yaşayış evinə gedib. Orada həmin tarixdə qarşılıqlı razılıq əsasında yataq otağında on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan qızla təbii yolla cinsi əlaqədə olub.

Daha sonra Rüfət qızın və ailəsinin şikayət etməməsi üçün onunla ailə qurub və ötən ilə kimi Qobu qəsəbəsində yerləşən evində qeyri-rəsmi münasibətdə yaşayıb. Bu münasibətdə olduqları müddətdə
onların arasında qısqanclıq zəminində mübahisələr yaranıb.

26 yaşlı oğlan münasibətdə olduğu qadının ona xəyanət etdiyindən şübhələnib. Qısqanclıq zəminində baş vermiş mübahisə zamanı Güləri şillə və yumruqla sifətindən, təpiklə bədəninin müxtəlif nahiyələrindən, evində olan stoldan çıxardığı dəmir ayağı ilə bədəninin müxtəlif nahiyələrinə vurub.

Rüfətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) və 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddələri ilə ittiham elan edilib.

İş üzrə izahat verən Rüfət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Gülərlə 2022-ci ildə ailə həyatı qurub və 2023-cü ildə onların əkiz övladları dünyaya gəlib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2019-cu ilin iyul ayından 2021-ci ilin iyul ayınadək olan müddətdə hərbi xidmətdə olub:

“Hərbi xidmətdən qayıtdıqdan təxminən 1 il sonra, yəni 2022-ci ildə Gülərlə Bakı şəhərində tanış olduq və həmin gün birlikdə Hökməli qəsəbəsi ərazisində yaşadığım evə getdik. Həmin evdə də Gülərlə aramızda yaxınlıq münasibətləri yarandı və biz cinsi əlaqədə olduq. Həmin vaxt evdə ikimiz olmuşuq, başqa heç kəs evdə olmayıb. Mən Gülərlə ilk dəfə əlaqədə olarkən o, bakirə olmadığını dedi. O, 13 yaşında olarkən həmkəndlisi tərəfindən qaçırıldığını və həmin şəxs tərəfindən də qızlıq bəkarətinin pozulduğunu bildirdi. Mən də onun hazırkı vəziyyətini qəbul etdiyim üçün həmin gündən sonra evlənmək qərarına gəldim. Həmin vaxtdan birlikdə ər-arvad kimi yaşayırıq”.

Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərib:

“Gülərlə münasibətlərimiz həmişə yaxşı olub. Lakin 2025-ci ildə, gecə saat 4 radələrində Qobu qəsəbəsində yaşadığımız evdə olduğumuz zaman həyat yoldaşım Gülərin mobil telefonu ilə “TikTok” sosial şəbəkəsinə baxarkən mobil telefonda onun “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə başqa bir şəxslə SMS yazışmasını gördüm və yataq otağına gedərək onu yuxudan oyatdım. Ona “WhatsApp”da başqa bir şəxslə yazışmasını göstərdim. Gülər həmin şəxslə aralarında heç bir yaxınlıq əlaqəsinin olmadığını bildirdi və bir daha belə hərəkətlər etməyəcəyini dedi. Artıq onun etiraf etdiyini gördüm”.

Təqsirləndirilən şəxs deyib ki, Gülərin ona xəyanət etdiyini zənn etdiyi üçün əsəbi halda onun müxtəlif nahiyələrinə şillə və təpiklə vuraraq onu döyüb:

“Həmçinin həmin vaxt bərk əsəbi olduğuma görə evdə masanın dəmir materialdan olan ayaq hissəsini çıxararaq Gülərin ayaqlarına və qoluna da bir neçə dəfə vurdum. Ona görə də Gülər həmin gün Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bu barədə məlumat verdi. Qobu Polis Bölməsində müvafiq araşdırma aparılmağa başlandı. Lakin bundan sonrakı günlərdə Gülərlə üzbəüz əyləşərək hər şeyi tam aydınlaşdırdıqda onun mənə qarşı heç bir xəyanət etmədiyi, sosial şəbəkədə yazışdığı şəxsi tanımadığı və aralarında heç bir yaxınlıq əlaqəsinin olmadığı məlum oldu. Bundan sonra barışdıq”.

Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərib ki, Gülərlə tanış olduqdan sonra cinsi əlaqədə olduqları zaman onun əvvəllər ailə qurmaq məqsədilə qaçırıldığını və qızlıq bəkarətinin də pozulduğunu bildiyi üçün, eləcə də bunu qəbul edərək ailə qurmağı qərarlaşdırdıqları üçün onunla cinsi əlaqədə olmaqla qanun qarşısında məsuliyyət daşıyacağını düşünməyib:

“Buna baxmayaraq, törətdiyim cinayət əməlini səmimi olaraq etiraf edirəm. Zərərçəkmiş şəxsin mənə qarşı heç bir şikayət və tələbi yoxdur. İki azyaşlı övladımız var. Vətən müharibəsi iştirakçısıyam. “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişəm”.

Zərərçəkmiş Gülər ifadəsində göstərib ki, Bərdə rayonunun kəndində yaşayıb, daha sonra ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsində məskunlaşıblar:

“2022-ci ildə Rüfətlə tanış olmuşam və həmin gün birlikdə onun yaşadığı evə getmişik. Həmin evdə də aramızda yaxın münasibətlər yarandı və biz əlaqədə olduq. Rüfətlə ilk dəfə əlaqədə olarkən ona qız olmadığımı bildirdim. Mən 2019-cu ildə, yəni 13 yaşımda olarkən həmkəndlim Vüqar tərəfindən ailə qurmaq üçün qaçırılmışam və həmin şəxs tərəfindən də qızlıq bəkarətim pozulub. Bununla bağlı valideynlərim polisə şikayət etdilər və həmin faktla bağlı polisdə araşdırma aparılaraq Vüqar barəsində məhkəmə tərəfindən cəza tədbiri görülüb”.

Daha sonra ifadəsində zərərçəkmiş Gülər Rüfətlə münasibətlərindən, birgə yaşamalarından, daha sonra onun tərəfindən şiddət görməsindən danışıb. O, ifadəsinin sonunda Rüfətə qarşı heç bir şikayətinin olmadığını deyib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Rüfət Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib və Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilərək cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.

Hökmə əsasən, Rüfət Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib və 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Təqsirləndirilən şəxsə təyin olunmuş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilib. Onun üzərinə şərti məhkum etmə dövründə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulub.

Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilib.

Oxşarxəbərlər

Azərbaycanda dəhşətli qətl baş verdi – Türkiyədən gəlib…
Kriminal

Azərbaycanda dəhşətli qətl baş verdi – Türkiyədən gəlib…

09/10/2026 10:29
954
Qaradağda ƏMƏLİYYAT: saxlanılanlar var – VİDEO
Kriminal

Qaradağda ƏMƏLİYYAT: saxlanılanlar var – VİDEO

08/10/2026 13:29
957
Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı
Kriminal

Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı

08/10/2026 11:31
958
Küçədə həyatına son qoyulan Fatimənin – Fotosu
Kriminal

Küçədə həyatına son qoyulan Fatimənin – Fotosu

07/10/2026 20:30
956
Bakıda 24 yaşlı qadının qətli ilə bağlı şok detal – FOTO
Kriminal

Bakıda 24 yaşlı qadının qətli ilə bağlı şok detal – FOTO

07/10/2026 17:24
960
40 yaşlı kişi 24 yaşlı arvadını öldürdü
Kriminal

40 yaşlı kişi 24 yaşlı arvadını öldürdü

07/10/2026 11:29
954

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI

Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI

09/10/2026 14:40
971
Bunun FƏLAKƏTLİ NƏTİCƏLƏRİ ola bilər — Prezident

Bunun FƏLAKƏTLİ NƏTİCƏLƏRİ ola bilər — Prezident

09/10/2026 14:20
971
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir – FOTO

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir – FOTO

09/10/2026 13:33
971
İlham Əliyev “Avaza” Kompleksində milli stendlərə baxdı

İlham Əliyev “Avaza” Kompleksində milli stendlərə baxdı

09/10/2026 13:28
963

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan: Xoşkotan kəndi

Qərbi Azərbaycan: Xoşkotan kəndi

09/10/2026 08:25
960

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

08/10/2026 15:25
958

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

08/10/2026 14:58
975

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

08/10/2026 09:25
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.