Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Sumqayıtda oğlunu öldürmək istəyən ata ilə bağlı QƏRAR VERİLDİ

06/05/2026 11:10
Kriminal
830 17
Sumqayıtda oğlunu öldürmək istəyən ata ilə bağlı QƏRAR VERİLDİ
701
Paylaşım sayı
973
Baxış sayı

Ali Məhkəmədə xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhddə, qanunsuz olaraq silah saxlamada təqsirləndirilən Ərzuman Əhmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Gündəm24.az  xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 28 fevral 2024-cü il tarixdə, saat 14 radələrində Sumqayıt şəhəri Yeni Yaşayış Massivində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində baş verib.
Belə ki, Ərzuman Əhmədov orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən, əvvəllər spirtli içki qəbul etməyi tərgitməsinə baxmayaraq, yenidən bu vərdişə qayıtması ilə bağlı oğlu Məhəmmədəli Əhmədov tərəfindən yaxınlarına məlumat verildiyini öyrənib. O, bu səbəbdən qəzəblənərək ona irad tutub.

 

Yaranmış mübahisə qısa zamanda kəskinləşərək ailə münaqişəsinə çevrilib.

 

İstintaqla müəyyən olunub ki, ata qisas almaq və oğlunu öldürmək niyyəti ilə əvvəlcə çapacaqla zərərçəkmiş şəxsə hücum edərək onun kürəyinin sol nahiyəsindən bir dəfə zərbə vurub. Məhəmmədəli hadisə yerindən uzaqlaşmağa çalışsa da, Ərzuman onu təqib edib.

 

Hadisənin davamında evin koridorunda olan digər oğlu müdaxilə edərək atasının əlindən çapacağı alıb və onu zərərsizləşdirib. Lakin Ərzuman bundan sonra üzərində gəzdirdiyi, qanunsuz olaraq əldə etdiyi ov bıçağından istifadə edərək Məhəmmədəliyə hücumunu davam etdirib. O, zərərçəkmiş şəxsin sinə və sol qoltuqaltı nahiyəsinə ən azı üç dəfə zərbə vurub.

 

Nəticədə Məhəmmədəli döş qəfəsinin sol hissəsinin döş boşluğuna nüfuz edən, həyat üçün təhlükəli sayılan ağır bədən xəsarəti alıb. Bundan əlavə, onun bədəninin müxtəlif nahiyələrində səthi yaralar da qeydə alınıb.
Digər oğlunun müdaxiləsi nəticəsində Ərzumanın əlindən bıçaq alınaraq tərksilah edilib. Bununla belə, o, cinayət niyyətindən əl çəkməyərək həyətyanı sahəyə çıxıb və oradan mismarçıxaran çəkic götürərək yenidən Məhəmmədəlinin üzərinə hücuma cəhd edib. Bu zaman digər oğlu yenidən onun qarşısını alıb.

 

İş materiallarına görə, hadisə zamanı ata oğluna tibbi yardım göstərilməsinin qarşısını almaq məqsədilə mobil telefonu sındıraraq təcili yardım çağırılmasını əngəlləyib. Hadisə yaxınlarının – digər oğlu və həyat yoldaşının gözü qarşısında baş verib və bu hal xüsusi amansızlıq kimi qiymətləndirilib.

 

Bununla belə, zərərçəkmiş şəxsin fəal müqaviməti, hadisə yerində olan şəxslərin müdaxiləsi və yaralının vaxtında xəstəxanaya çatdırılaraq tibbi yardım göstərilməsi nəticəsində Ərzuman cinayət niyyətini başa çatdıra bilməyib. Beləliklə, onun əməli qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmə kimi qiymətləndirilib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ərzuman Əhmədov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə onun apellyasiya şikayətini təmin edilməyib.

Bundan sonra məhkumun müdafiəçisi kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, əməlin daha yüngül maddəyə – qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif olunmasını və məhkuma şərti cəza verilməsini xahiş edib. (Pravda.az)

Oxşarxəbərlər

Arvadını 11 yaşlı qızının gözü qarşısında 17 bıçaq zərbəsi ilə öldürdü
Kriminal

Arvadını 11 yaşlı qızının gözü qarşısında 17 bıçaq zərbəsi ilə öldürdü

19/09/2026 23:39
958
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub – Bakıda dəhşət
Kriminal

17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub – Bakıda dəhşət

19/09/2026 09:09
965
Bakıda kişi meyiti tapıldı
Kriminal

Bakıda kişi meyiti tapıldı

18/09/2026 20:11
957
Bakıda ŞOK QƏTL: Ata və qızı kürəkənini öldürdü
Kriminal

Bakıda ŞOK QƏTL: Ata və qızı kürəkənini öldürdü

18/09/2026 14:10
957
13 il əvvəl öldürülən qadının qatili tapıldı – Şəmkirdə nə baş verib?
Kriminal

13 il əvvəl öldürülən qadının qatili tapıldı – Şəmkirdə nə baş verib?

17/09/2026 16:11
961
Bakıda 6 dost gecə 4-də dəhşət yaşadı: biri öldü
Kriminal

Bakıda 6 dost gecə 4-də dəhşət yaşadı: biri öldü

17/09/2026 11:18
978

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Araqçi Nyu-Yorka gedir

Araqçi Nyu-Yorka gedir

21/09/2026 02:28
953
Fransa və Kanada enerji cəbhəsində birləşir

Fransa və Kanada enerji cəbhəsində birləşir

21/09/2026 02:26
957
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi

“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi

21/09/2026 02:24
959
Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

21/09/2026 00:31
957

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
960

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
962

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
963

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.