Cümə, Oktyabr 9, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Xankəndidə terror planlaşdıran Karen məhkəməyə çıxarılır

28/11/2025 14:43
Kriminal
797 51
Xankəndidə terror planlaşdıran Karen məhkəməyə çıxarılır
702
Paylaşım sayı
975
Baxış sayı

Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Gündəm24.az  xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu il sentyabrın 14-də Xankəndi şəhəri ərazisində odlu silah və döyüş sursatlarından atəş açılmaqla partlayışla nəticələnən terrorçuluq edilməsi, habelə terrorçuluqla əlaqədar ikidən çox polis əməkdaşının qəsdən öldürülməsinə cəhd edilməsi və digər faktlar üzrə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaq tədbirlərilə, Xankəndi şəhərinin 1967-ci il təvəllüdlü erməniəsilli sakini Karen Avanesyanın bir sıra xüsusilə ağır cinayətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, K.Avanesyan ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə, partlayışların törədilməsi, insanların öldürülməsi və digər ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan terrorçuluq əməli, habelə terrorçuluqla əlaqədar qəsdən adam öldürmə cinayətlərini törətmək məqsədilə Xankəndi şəhərinin ərazisində 2023-cü ilin sentyabr ayına kimi fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrdən qalmış odlu silah – “AKMS” markalı avtomat silahı, onun komplekt hissələrini, habelə çox sayda əl qumbaralarını əldə edib həmin şəhərin ərazisində gizlədərək uzun müddət saxlayıb, cinayətkar niyyətini həyata keçirmək üçün sentyabrın 14-də saat 07 radələrində yaşadığı sosial sığınacağı hər hansı bir səbəb bildirmədən tərk edib gizlətdiyi silah-sursatları götürərək atəşə hazır vəziyyətə gətirib, saat 09 radələrində yaşayış olmayan başqa bir evə girib mövqe tutmaqla polis əməkdaşlarının yaxınlaşmasını gözləyib, onun olduğu yeri müəyyənləşdirməyə çalışan polis əməkdaşlarının sayının çoxluğunu müşahidə etdikdən sonra qabaqcadan planlaşdırdığı terrorçuluq və çoxsaylı hakimiyyət nümayəndələrini öldürmək üçün şəraitin yetişdiyi qənaətinə gələrək gizləndiyi yerdən avtomat silahdan ona yaxınlaşan polis əməkdaşlarına nizamsız çoxsaylı atəşlər açıb, ardınca isə əl qumbaralarını polis əməkdaşlarının olduqları yerə ataraq partladıb.

Nəticədə 3 nəfər polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri almış, hadisə yerindən təxliyyə edilərək zəruri tibbi yardımlar gösətirildiyindən həyatlarını xilas etmək mümkün olub.

Bundan başqa, qanunvericiliyin tələblərinə və edilən dəfələrlə xəbərdarlıqlara baxmayaraq, Karen Avanesyan hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmaqdan boyun qaçırdığı üçün polis əməkdaşları tərəfindən odlu silah tətbiq olunmaqla saxlanılıb, ardınca isə zəruri tibbi yardımlar göstərilməklə xəstəxanada müalicə edilib.

Cinayət işi üzrə toplanmış sübutlar əsasında Karen Avanesyan Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11 (xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ümumi təhlükəli üsulla iki və daha çox şəxsi terrorçuluqla əlaqədar qəsdən öldürməyə cəhd qəsdən adam öldürməyə cəhd), (qəsdən adam öldürməyə cəhd), 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə terrorçuluq törədildikdə), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə, saxlama və daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Karen Avanesyan barəsində ibtidai istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Xankəndi şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Oxşarxəbərlər

Qaradağda ƏMƏLİYYAT: saxlanılanlar var – VİDEO
Kriminal

Qaradağda ƏMƏLİYYAT: saxlanılanlar var – VİDEO

08/10/2026 13:29
957
Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı
Kriminal

Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı

08/10/2026 11:31
958
Küçədə həyatına son qoyulan Fatimənin – Fotosu
Kriminal

Küçədə həyatına son qoyulan Fatimənin – Fotosu

07/10/2026 20:30
956
Bakıda 24 yaşlı qadının qətli ilə bağlı şok detal – FOTO
Kriminal

Bakıda 24 yaşlı qadının qətli ilə bağlı şok detal – FOTO

07/10/2026 17:24
960
40 yaşlı kişi 24 yaşlı arvadını öldürdü
Kriminal

40 yaşlı kişi 24 yaşlı arvadını öldürdü

07/10/2026 11:29
954
Azərbaycanda sanatoriyada meyit tapıldı
Manşet

Azərbaycanda sanatoriyada meyit tapıldı

06/10/2026 13:52
994

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İnsanların sizi SEVMƏDİYİNİ göstərən 7 gizli işarə

İnsanların sizi SEVMƏDİYİNİ göstərən 7 gizli işarə

09/10/2026 01:50
980
Kiyevi tərk etməyə ÇAĞIRDI

Kiyevi tərk etməyə ÇAĞIRDI

09/10/2026 01:43
967
Sumqayıtda 12 uşaq antibiotikdən ZƏHƏRLƏNDİ — Dəhşətli İddia

Sumqayıtda 12 uşaq antibiotikdən ZƏHƏRLƏNDİ — Dəhşətli İddia

09/10/2026 01:36
965
Pensiyaçılara KOMMUNAL DƏSTƏK GƏLİR? — Xüsusi kart təklifi

Pensiyaçılara KOMMUNAL DƏSTƏK GƏLİR? — Xüsusi kart təklifi

09/10/2026 01:29
969

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

08/10/2026 15:25
956

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

08/10/2026 14:58
972

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

08/10/2026 09:25
961

Qərbi Azərbaycanın Paşakənd kəndi – QƏDİM YURDUN İZLƏRİ

Qərbi Azərbaycanın Paşakənd kəndi – QƏDİM YURDUN İZLƏRİ

08/10/2026 08:18
958

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.