Əməkdar artist Könül Kərimova və tanınmış meyxanaçı Namiq Qaraçuxurlu illər sonra yenidən bir araya gəliblər.
Gündəm24.az xəbər verir ki, sənətçilər Rusiyanın paytaxtı Moskvada keçirilən toy məclislərinin birində görüşüblər. Onlar görüşdən səhnəarxası görüntüləri sosial şəbəkə hesablarında paylaşaraq izləyiciləri ilə bölüşüblər.
Könül Kərimova və Namiq Qaraçuxurlu 23 il əvvəl böyük maraqla qarşılanan “Cavanlıq səhvi” duetini bu dəfə canlı ifa ediblər. İllər sonra həmin mahnını yenidən birlikdə səsləndirən sənətçilər izləyicilərinə xoş nostalji yaşadıblar.
İfaçılar, həmçinin gələcəkdə yenidən birgə çalışacaqlarını anons ediblər. Bu açıqlama onların məşhur duetinin davamını gözləyən pərəstişkarları arasında maraq doğurub.
Qeyd edək ki, Könül Kərimova və Namiq Qaraçuxurlunun “Cavanlıq səhvi” dueti uzun illər əvvəl dinləyicilərin rəğbətini qazanıb. Sənətçilərin yeni əməkdaşlığının hansı layihə ilə təqdim olunacağı isə hələlik açıqlanmayıb.//musavat.com














