Biləsuvar rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Arazbari kəndindən keçən hissəsində qeydə alınıb.
“VAZ-2107” və “Mersedes” markalı minik avtomobillərinin toquşması nəticəsində ölən və yaralalanların olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Biləsuvar rayonunda baş verən avtomobil qəzasında ölən şəxsin kimliyi məlum olub.
O, “VAZ-2107”-nin sürücüsü, Cəlilabad rayonu Sabirabad kənd sakini, 1986-cı il təvəllüdlü Abışov Mahir Ədalət oğludur.
M.Abışov Biləsuvarda yerləşən Cəbrayıl qəsəbə xəstəxanasına aparılarkən yolda həyatını itirib.(Report)














