Cümə, İyul 10, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Prezident Səməd Vurğunla bağlı sərəncam imzaladı

23/02/2026 11:32
Manşet, Mədəniyyət
64 3
Prezident Səməd Vurğunla bağlı sərəncam imzaladı
85
Baxış sayı

Azərbaycan Prezidenti İlham Əliyev Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Gündəm24.az  bildirir ki, sənəddə deyilir:

“2026-cı ildə iyirminci əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun (Səməd Yusif oğlu Vəkilovun) 120 illiyi tamam olur.

Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkardır. Çoxşaxəli fəaliyyətinin qayəsində azərbaycançılıq amalı dayanan şair nəğməkarı olduğu Odlar diyarını alovlu məhəbbətlə tərənnüm etmişdir. Onun dillər əzbərinə çevrilmiş “Azərbaycan” şeiri hər bir azərbaycanlının ürəyindəki Vətən sevgisinin poetik ifadəsidir. Böyük söz ustası ana dilinin saflığı uğrunda dönmədən mübarizə aparmış, xalq yaradıcılığının tükənməz xəzinəsindən bəhrələnməklə bu dilin bütün məna gözəlliklərini özündə əks etdirən, dərin bəşəri-ictimai məzmuna malik qiymətli əsərlər ərsəyə gətirmişdir.

Səməd Vurğunun milli poeziyanı yüksəklərə qaldıran romantik və fəlsəfi məzmunlu bənzərsiz lirikası Azərbaycan ədəbiyyatının qızıl fonduna daxildir. Keçmişə ehtiram və gələcəyə inam aşılayan Vurğun dramaturgiyası Azərbaycanın teatr sənəti tarixində xüsusi səhifə təşkil edir. Səməd Vurğunun novator keyfiyyətlərlə zəngin bədii irsi bir məktəb kimi müasir Azərbaycan poeziyasına güclü təsir göstərmişdir və bu gün də gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsində əhəmiyyətli rol oynayır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan görkəmli şair Səməd Vurğunun 120 illiyinin keçirilməsini təmin etmək məqsədilə qərara alıram”.

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Milli Elmlər Akademiyası və aidiyyəti qurumlarla birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Xalq şairi Səməd Vurğunun 120 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Oxşarxəbərlər

AQTA-dan yeni tələb: Bu qərar niyə qəbul edildi?
Manşet

AQTA-dan yeni tələb: Bu qərar niyə qəbul edildi?

10/07/2026 13:43
68
SON DƏQİQƏ: Prezident FƏRMAN imzaladı
Manşet

SON DƏQİQƏ: Prezident FƏRMAN imzaladı

10/07/2026 12:54
67
Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri
Manşet

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

10/07/2026 09:29
67
Prezident Bayraktarı qəbul etdi
Manşet

Prezident Bayraktarı qəbul etdi

10/07/2026 09:11
65
SON DƏQİQƏ: Prezident FƏRMAN imzaladı
Manşet

SON DƏQİQƏ: Prezident FƏRMAN imzaladı

09/07/2026 16:23
60
Prezidentin bu fərmanı icra olunur:Müraciətlərin qəbuluna başlanılır
Manşet

Prezidentin bu fərmanı icra olunur:Müraciətlərin qəbuluna başlanılır

09/07/2026 11:38
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu ərazilərdə mülkü olanlara kompensasiya ödəniləcək

Bu ərazilərdə mülkü olanlara kompensasiya ödəniləcək

10/07/2026 14:41
54
Gərginlik artır: İsrail İranı bu tarixdə bombalayacaq

Gərginlik artır: İsrail İranı bu tarixdə bombalayacaq

10/07/2026 14:34
55
Rusların Putinlə bağlı bu qərarı dünyanı şoka saldı

Rusların Putinlə bağlı bu qərarı dünyanı şoka saldı

10/07/2026 14:24
54
Generala yüksək vəzifə verildi – FOTO

Generala yüksək vəzifə verildi – FOTO

10/07/2026 14:17
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

10/07/2026 09:29
67

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

09/07/2026 09:47
71

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

08/07/2026 10:03
76

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

07/07/2026 13:08
65

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.