Kaja Kallas vurğuladı ki, birbaşa təhdidlər “Danimarkaya Qrenlandiyanı təhvil verməyə təzyiq göstərməyəcək”.
Gündəm24.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas Strasburqda keçirilən Avropa Parlamentinin Qrenlandiya və transatlantik münasibətlər iclasında bildirib ki, Aİ ABŞ-la qarşıdurma istəmir, lakin mövqeyini qoruyub saxlayacaq. “Mübarizə aparmaqda heç bir marağımız yoxdur, amma mövqeyimizi qoruyacağıq. Avropanın öz maraqlarını qorumaq üçün bir sıra vasitələri var,” – deyə Kallas vurğulayıb.
O əlavə edib ki, birbaşa təhdidlər Danimarkanı Qrenlandiyanı təhvil verməyə məcbur etməyəcək, amma həm Avropanı, həm də ABŞ-ı riskə atır. “Avropa İttifaqı Qrenlandiya və Danimarka Krallığının ərazi bütövlüyünü və suverenliyini müdafiə edir. ABŞ Prezidenti Donald Trampın çıxışları əvvəllər yaşamadığımız bir vəziyyət yaradır. Cavabımız sakit qalmaq, mövqeyimizi qorumaq və birlik içində hərəkət etmək olmalıdır,” – deyə o bildirib.
Kallas həmçinin vurğulayıb ki, ABŞ, Danimarka və Qrenlandiya birbaşa danışıqlarda iştirak edir və məsuliyyətli müttəfiqlər məhz belə davranır. Eyni zamanda, o Rusiya və Çini Arktikada təhlükəsizliyi pozmaq cəhdlərində ittiham edib və ABŞ-ı NATO çərçivəsində Arktikada və Qrenlandiyada Rusiya və Çinlə qarşıdurmaya çağırıb.
Sədaqət Həsənova














