Çərşənbə, Fevral 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Antibiotik və sistem QADAĞASI — Evdə SƏRBƏST, poliklinikada OLMAZ?

10/10/2025 10:15
CƏMİYYƏT, Manşet
51 2
Antibiotik və sistem QADAĞASI — Evdə SƏRBƏST, poliklinikada OLMAZ?
67
Baxış sayı
Son zamanlar həkim tərəfindən reseptlə təyin olunan antibiotik və sistemlərin vurulması bəzi dövlət tibb müəssisələrində qadağan edilib. Xüsusilə polinklinika və qadın məsləhətxanalarında birmənalı olaraq buna icazə yoxdur. Antibiotik və sistemlərin vurulması yalnız iri xəstəxanalarda mümkündür. Bu vəziyyət isə pasiyentlər arasında müəyyən haqlı narazılıqlar yaradıb.
Məsələ ilə bağlı Bizim.Media TƏBİB – ə sorğu ünvanlayıb. Qurumun cavabında bildirilib ki, inyeksiya (“iynə vurulması”) və venadaxili infuziya (“sistemin köçürülməsi”) ilkin tibbi-sanitariya müəssisələrinin xidmət sahəsinə daxil deyil:

“Tibbi protokollara əsasən, bu xidmətlər Ailə sağlamlıq mərkəzlərində və tibb məntəqələrində həyata keçirilmir”, – deyə TƏBİB-in açıqlamasında vurğulanıb.

Maraqlı təzad ondan ibarətdir ki, qadın məsləhətxanaları, ailə-sağlamlıq mərkəzləri, polinklinikalarda (uşaq və böyük üçün) vurulması qadağan edilən antibiotik və sistemlərin vurulması  evlərdə ara tibb bacıları tərəfindən rahatlıqla həyata keçirilir. Üstəlik bu  preparatların apteklərdə reseptlə satışı da açıqdır. Yəni pasiyent ona reseptlə yazılan preparatları aptekdən alıb, tanıdığığı tibb bacısına rahatlıqla vurdura bilər. Bu məsələdə heç bir nəzarət mexanizmi yoxdur.

Əgər antibiotiklərin yeridilməsi təhlükəlidirsə, niyə reseptlə yazılır və satılır?  Yox, əgər təhlükəli deyilsə, dövlət polinklinikalarında buna niyə əngəl var? Məgər polinklinikalarda peşəkar tibb bacısı və ya həkim yoxdur? Yoxsa nəzarət mümkün deyil?

Elə sual yaradan məsələ də budur…

Antibiotik və sistemlərin apteklərdə reseptlə satılması məsələsinə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən də açıqlama verilib. Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki,  antibiotiklər yalnız həkim resepti əsasında və müalicə həkiminin nəzarəti altında istifadə olunmalıdır:

“Hər antibiotik tətbiqindən əvvəl orqanizmin həmin preparata qarşı həssaslığının yoxlanılması vacibdir. Bu, müalicənin effektivliyini artırır və mümkün fəsadların qarşısını almağa kömək edir.

Hətta eyni preparat təkrar istifadə olunduqda belə, hər yeni müalicə kursundan öncə həssaslıq testinin aparılması tövsiyə olunur. Antibiotiklərin istifadəsi zamanı bəzən çarpaz allergik reaksiyalar (sensibilizasiya) müşahidə oluna bilər, buna görə hər hansı xoşagəlməz hal yarandıqda vətəndaşların təcili yardım xidmətinə və ya birbaşa həkimə müraciət etmələri tövsiyə edilir.

Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” Qanununa 14 iyul 2023-cü il tarixli dəyişiklik əsasında 2024-cü ildən etibarən ölkədə “Elektron Resept” sisteminə mərhələli keçid həyata keçirilir. Bu sistemin tətbiqi həkim tərəfindən dərman təyin olunmadan əvvəl xəstəliyin düzgün diaqnostikasının qoyulmasına, həmçinin resept dövriyyəsinin şəffaf və nəzarətli aparılmasına imkan yaradır”, – deyə bildirilib.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən tibb üzrə ekspert, professor Adil Qeybulla bildirib ki, evdə antibiotik yeridilməsi tibbi baxımdan yolverilməz və təhlükəlidir:

“Evdə antibiotik köçürülməsi dünyanın heç bir yerində yoxdur. Çünki bu, çox risklidir. İstənilən an allergik reaksiya və ya digər ağırlaşmalar baş verə bilər və bu halda ev şəraitində tibbi müdaxilə imkanları məhduddur”, –  deyə Adil Qeybulla vurğulayıb.

Ekspert qeyd edib ki, bu cür prosedurlar yalnız ixtisaslı tibb personalı tərəfindən, tibbi nəzarət altında həyata keçirilməlidir.

Onun sözlərinə görə, bəzi hallarda reseptdə antibiotik yazılması həmin preparatların mütləq yeridilməli olduğu anlamına gəlmir.

“Əlbəttə, sınaqdan keçmiş və xəstəyə əvvəllər təsir edən preparatlar belə, ev şəraitində vurulmamalıdır. Bu, birmənalı şəkildə qadağan edilməlidir”, –  deyə o əlavə edib.

Qeyd edək ki, pasiyentlərin çoxu dövlət xəstəxanalarında müəyyən çətinliklərlə üzləşdiklərini, bəzi hallarda isə eyni prosedurlar üçün məcburən özəl tibb müəssisələrinə müraciət etdiklərini bildirirlər.

Oxşarxəbərlər

Suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət edildi – Rəsmi
CƏMİYYƏT

Suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət edildi – Rəsmi

18/02/2026 17:23
50
“Restoranlar çox qazanc əldə eləmək üçün bu salatları toydan toya ötürürlər” – Qida eksperti
CƏMİYYƏT

“Restoranlar çox qazanc əldə eləmək üçün bu salatları toydan toya ötürürlər” – Qida eksperti

18/02/2026 13:54
57
Qərbin Planlarına Etiraz: Zaxarova Açıqlaması ilə Gündəm Oldu
Dünya

Qərbin Planlarına Etiraz: Zaxarova Açıqlaması ilə Gündəm Oldu

18/02/2026 13:48
51
ABŞ səfirliyi Nəriman Axundzadəni təbrik etdi
İdman

ABŞ səfirliyi Nəriman Axundzadəni təbrik etdi

18/02/2026 13:46
53
Nikol Paşinyan ABŞ-a getdi
Manşet

Nikol Paşinyan ABŞ-a getdi

18/02/2026 13:35
53
Ərdoğandan Tarixi Mesaj: Türkiyə Heç Zaman Müstəmləkə Siyasəti Aparmayıb
Dünya

Ərdoğandan Tarixi Mesaj: Türkiyə Heç Zaman Müstəmləkə Siyasəti Aparmayıb

18/02/2026 13:26
52

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət edildi – Rəsmi

Suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət edildi – Rəsmi

18/02/2026 17:23
50
Minaya düşən ANAMA əməkdaşının son durumu açıqlandı

Minaya düşən ANAMA əməkdaşının son durumu açıqlandı

18/02/2026 17:15
52
Çay evində vurduğu şəxs pilləkəndən yıxılıb öldü, saxlanıldı – FOTO

Çay evində vurduğu şəxs pilləkəndən yıxılıb öldü, saxlanıldı – FOTO

18/02/2026 16:57
53
Həbs ediləcəyi deyilən Vüqar Qurbanov haqda mühüm gəlişmə – “Ciddi məqamlar var”

Həbs ediləcəyi deyilən Vüqar Qurbanov haqda mühüm gəlişmə – “Ciddi məqamlar var”

18/02/2026 16:51
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbin Planlarına Etiraz: Zaxarova Açıqlaması ilə Gündəm Oldu

Qərbin Planlarına Etiraz: Zaxarova Açıqlaması ilə Gündəm Oldu

18/02/2026 13:48
51

Ərdoğandan Tarixi Mesaj: Türkiyə Heç Zaman Müstəmləkə Siyasəti Aparmayıb

Ərdoğandan Tarixi Mesaj: Türkiyə Heç Zaman Müstəmləkə Siyasəti Aparmayıb

18/02/2026 13:26
52

Medinski Cenevrə Danışıqlarını Dəyərləndirdi: Çətin, Amma Peşəkar

Medinski Cenevrə Danışıqlarını Dəyərləndirdi: Çətin, Amma Peşəkar

18/02/2026 12:58
50

Cəbhədə Yeni Dəyişiklik: Rusiya Qüvvələri Daha İki Məntəqəni Ələ Keçirdi

Cəbhədə Yeni Dəyişiklik: Rusiya Qüvvələri Daha İki Məntəqəni Ələ Keçirdi

18/02/2026 12:10
50

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In