Bazar, Aprel 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Araşdırma BAŞLADI: Mehdiyevin şəbəkəsi haqda yeni məlumat

04/12/2025 09:37
Gündəm, Manşet
47 3
Araşdırma BAŞLADI: Mehdiyevin şəbəkəsi haqda yeni məlumat
63
Baxış sayı

Ölkə gündəminin əsas mövzusu olan Ramiz Mehdiyev və onun ətrafında gedən proseslər yeni şəkil alıb. Artıq həbslər başlayıb. AXCP sədri Əli Kərimli, partiyanın rəyasət heyətinin üzvü Məmməd İbrahim noyabrın 29-da Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat çərçivəsində saxlanıblar.

Ə.Kərimli və M.İbrahim məhkəmənin hökmü ilə 2 ay 15 gün müddətə həbs olunublar. Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli İstanbuldan Bakıya deportasiya edilmək üçün Türkiyənin aidiyyatı orqanlarına təhvil verilib. Amma hələ Azərbaycana gətirilməyib.

İctimaiyyəti maraqlandıran əsas budur ki, R.Mehdiyevə yaxınlığı ilə seçilən digər şəxslər haqda nə zaman ölçü götürüləcək? Əsasən də bəzi sabiq və indiki vəzifəli şəxslər, bir sıra deputatlar, QHT və media rəhbərləri Mehdiyev şəbəkəsinin üzvləri olublar.

Məsələn, sabiq kənd təsərrüfatı naziri, hazırda Milli Məclisin üzvü olan Heydər Əsədov, keçmiş nəqliyyat naziri Ziya Məmmədov, keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev bu şəbəkənin üzvləri kimi təqdim olunur.

Eləcə də bir sıra deputatlar – Məlahət İbrahimqızı, Siyavuş Novruzov, Azər Əmiraslanov, Əhliman Əmiraslanov, sabiq baş nazir Novruz Məmmədov, vitse-spiker Ziyafət Əsgərov, prezidentin keçmiş köməkçisi Əli Həsənov və s. R.Mehdiyev barəsində tərif söyləyirlər.

Gündəm24.az  KONKRET.az-a istinadən xəbər verir ki, Globalinfo.az-adanışan siyasi şərhçi Şakir Ağayev bildirib ki, əvvəllər Ramiz Mehdiyevin dəstəyi ilə deputat mandatı almış şəxslərin bu gün onu tənqid etməyə can atması diqqətçəkən mənzərə yaradıb.

Mehdiyevin gizli şəbəkəsi haqda yeni məlumat - Araşdırma başlayıb

Şakir Ağayev

Onun sözlərinə görə, həmin deputatlar indi özlərini xilas etmək üçün Mehdiyev haqqında danışmağa başlayıblar:

“Çox təəssüf ki, bu insanların bəziləri 10-15 il əvvəl də Ramiz Mehdiyevin kim olduğunu çox yaxşı bilirdilər. O vaxt bunları bilirdinizsə, niyə susurdunuz? Niyə onun siyahısı ilə deputat seçilir və buna razılıq verirdiniz? Əgər bu müddət ərzində susmusunuzsa, deməli, proseslərin bir hissəsi olmusunuz. Bu cür paradoksal hallar tək-tük deyil, əksinə, kifayət qədər geniş yayılıb”.

Şakir Ağayevin fikrincə, vəziyyətdən çıxış yolu yeni parlament seçkilərinin keçirilməsidir:

“Parlamentdə heç kimə bağlı olmayan, yeni düşüncəli insanlar təmsil olunmalıdır ki, Prezidentin apardığı siyasəti və islahatları həyata keçirmək gücünə malik olsunlar. Bu deputatların çoxunun kabinetində Ramiz Mehdiyevin portreti olub. Hətta bəziləri bunu gizlədirdilər. İçlərində ona qarşı bir simpatiya və ya illərin vərdişi var. Çünki elə deputatlar var ki, 20-25 ildir onun dəstəyi ilə parlamentdədir və firavan həyat sürürlər. Bəziləri isə mümkün kompromatlardan ehtiyat edərək səssiz qalır”.

Ağayev əlavə edib ki, bu deputatların mandatlarının kütləvi şəkildə geri alınması parlamentin tərkib balansını poza bilər:

“Ən optimal yol yeni seçkilərin təşkili və parlamentin tərkibinin yenilənməsidir. Ramiz Mehdiyevi vaxtında tənqid etmək lazım idi. O dövrdə bunu edənlər də olub və bəziləri müəyyən təzyiqlərlə üzləşiblər. İndi isə bir çox deputatlar sadəcə özlərini qorumaq üçün bunu edirlər. Təkrar edirəm, hazırkı şəraitə uyğun olaraq yeni seçkilərin keçirilməsi ən doğru yoldur”.

Hüquqşünas Rövşən Məmmədov deyib ki, deputat Azər Əmiraslanov haqqında araşdırma aparılmalıdır:

Mehdiyevin gizli şəbəkəsi haqda yeni məlumat - Araşdırma başlayıb

Rövşən Məmmədov

“Ola bilsin, araşdırma zamanı cinayət tərkibli digər məsələlər ortaya çıxsın. O zaman Baş Prokurorluq təqdimat verərsə, Milli Məclis Azər Əmiraslanovun toxunulmazlığının ləğvi barədə qərar qəbul edə bilər. Bu zaman deputat barəsində cinayət işinin qaldırılması və onun səlahiyyətlərinə vaxtından tez xitam verilməsi mümkündür”.

Hüquqşünas daha bir məsələyə aydınlıq gətirib:

“Fikrimcə, artıq bu barədə araşdırma aparılır. Hətta onu deyə bilərəm ki, bu araşdırmalar daha çox məmurlara çatacaq”.

Oxşarxəbərlər

Polkovnikdən TƏBİB sədrinə ŞOK SÖZLƏR – “Bunu təhqir hesab edirəm”
Gündəm

Polkovnikdən TƏBİB sədrinə ŞOK SÖZLƏR – “Bunu təhqir hesab edirəm”

25/04/2026 15:35
58
Zelenski Azərbaycandadır – Prezident Qəbələdə qarşıladı – Fotolar
Manşet

Zelenski Azərbaycandadır – Prezident Qəbələdə qarşıladı – Fotolar

25/04/2026 12:08
56
Baş nazir yeni əmr imzaladı
Manşet

Baş nazir yeni əmr imzaladı

24/04/2026 16:06
54
Əli Əsədov əmr imzaladı
Manşet

Əli Əsədov əmr imzaladı

24/04/2026 15:59
56
İlham Əliyev fərman imzaladı
Manşet

İlham Əliyev fərman imzaladı

24/04/2026 13:50
57
XİN-dən İrəvanda Türkiyə bayrağının yandırılmasına reaksiya
Gündəm

XİN-dən İrəvanda Türkiyə bayrağının yandırılmasına reaksiya

24/04/2026 12:54
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Çoxmərtəbəli binalarda kombiyə icazə verilməyəcək

Çoxmərtəbəli binalarda kombiyə icazə verilməyəcək

25/04/2026 23:04
52
Röyanın keçmiş ərindən ilginc etiraf: 3 evliliyinin də uğursuz olmasının səbəbi…

Röyanın keçmiş ərindən ilginc etiraf: 3 evliliyinin də uğursuz olmasının səbəbi…

25/04/2026 22:13
52
SON DƏQİQƏ! Zaur Kamal efirə qayıdır – Özündən açıqlama

SON DƏQİQƏ! Zaur Kamal efirə qayıdır – Özündən açıqlama

25/04/2026 22:00
52
Daha bir tiktoker həbs olundu

Daha bir tiktoker həbs olundu

25/04/2026 21:44
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

23/04/2026 09:30
76

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

23/04/2026 09:19
67

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

22/04/2026 10:24
77

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

22/04/2026 07:13
67

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.