Türkiyənin müdafiə sənayesi şirkəti “ASELSAN” Naxçıvanda zavod yaratmağı planlaşdırır.
Gündəm24.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün sosial media hesabında açıqlayıb.
Onun sözlərinə görə, “ASELSAN” ilə “NOVASİS MMC” arasında Naxçıvanda zavod yaradılmasına dair ilkin protokol imzalanıb.













