Braziliyada sevdiyi qadına görə hər şeyini satan şəxs onun süni intellekt olduğunu öyrənib.
Gündəm24.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Belə ki, 49 yaşlı Martins sosial şəbəkədə aşiq olduğu “qadın”la yeni həyat qurmaq üçün bütün əşyalarını sataraq 2100 km yol qət edib. Lakin qadının real insan deyil, süni intellekt vasitəsilə yaradılmış virtual obraz olduğunu öyrənib.
Martins adlı şəxs anasının ölümündən sonra özünü tənha hiss etdiyini və sosial şəbəkədə qarşılaşdığı “qadın”ın ona yeni həyata başlamaq ümidi verdiyini bildirib.
O, qadını tapmaq üçün şəhərdə küçə-küçə gəzərək insanlardan soruşub, daha sonra yerli radiodan kömək istəyib. Nəticədə 300 mindən çox izləyicisi olan hesabdakı “Jessica” obrazının süni intellektlə yaradıldığı məlum olub.
Səfər zamanı bütün pulunu xərcləyən Martins geri qayıtmaq üçün vəsaitsiz qalıb. Şəhər bələdiyyəsi ona geri qayıtması üçün avtobus bileti verib.
Virtual obrazın hesabını idarə edən şəxs isə onun kommersiya məqsədilə yaradıldığını və Martinsə xüsusi dəvət göndərilmədiyini bildirib.
Yaşadığı məyusluğa baxmayaraq, 49 yaşlı kişi gələcəkdə həqiqi sevgini tapacağına və yeni həyat quracağına ümid etdiyini deyib.\olke













