Oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində rəsmi qarşılanma mərasimi olub.
Gündəm24.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Kamboca Krallığının Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Baş naziri Hun Maneti qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Kambocanın Baş nazirinə raport verib.
Kamboca Krallığının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Kambocanın Baş naziri Hun Manetin qarşısından keçib.
Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Hun Manetə, Kamboca nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.




















