Cümə, Oktyabr 16, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

16/10/2026 16:45
Manşet, Siyasət
811 16
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
685
Paylaşım sayı
951
Baxış sayı

Prezident İlham Əliyev oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşündəki çıxışında Azərbaycanın müstəqillik dövründə üzləşdiyi tarixi ədalətsizliklərdən və bu ədalətsizliyin beynəlxalq hüququn gücü ilə deyil, haqqın gücü ilə necə aradan qaldırılmasından bəhs edib.

Prezident çıxışında qeyd edib ki, coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan getdikcə Avrasiya məkanında birləşdirici mərkəz kimi daha böyük rol oynayır. O, vurğulayıb ki, ölkəmiz ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığı və regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir.

Cənab İlham Əliyev eyni zamanda çıxışında bildirib ki, Azərbaycan davamlı olaraq barabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünə və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət həyata keçirir. O, Azərbaycanın dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış etdiyini diqqətə çatdırıb.

Dövlət başçısı ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlara üzləşdiyini, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizinin 30 il ərzində Ermənistan tərəfindən işğal olunduğunu, Ermənistanın bir milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurda, həm də indiki Ermənistan ərazisində öz əzəli tarixi torpaqlarından qovub etnik təmizləmə həyata keçirərək Azərbaycana qarşı hərbi təcavüz etdiyini bir daha xatırladıb.

Prezident çıxışında qeyd edib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı. Belə ki, BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin bu qətnamələr 30 il ərzində kağız üzərində qalmaqdan başqa bir şey olmamışdır. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti Ermənistanın havadarları tərəfindən iflic vəziyyətə salınmışdı.

Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın əvvəlkı rəhbərləri və onların tərəfdarları, bu müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar. Prezident Ermənistanın hazırkı rəhbərliyinin 2018-ci ildən etibarən sələflərinin cinayətkar siyasətini davam etdirdiyini nəzərə çatdırıb. O, bildirib ki, Ermənistanın hazırkı Baş naziri 2019-cu ildə o vaxt işğal altında olan Xankəndidə, Qarabağda bəyan etmişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Həmin dövrdə Ermənistanın müdafiə naziri Azərbaycanı yeni ərazilər uğrunda yeni müharibə ilə təhdid edirdi. Bütün bu hədsiz həyasızlığa beynəlxalq aləm, dırnaqarası beynəlxalq ictimaiyyət göz yumurdu.

Heç kim Ermənistanı işğala, hərbi cinayətlərə, etnik təmizləməyə, qətliama və Azərbaycan xalqının dini müqəddəs yerlərinin təhqir etməsinə görə qınamadı. BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrin icrasına təkid etmədi, ATƏT laqeyd qaldı.

Dövlət Başçısı həmçinin qeyd edib ki, beynəlxalq müstəvidə Avropa Parlamenti və Avropa Şurası davamlı təcavüz qurbanı olan Azərbaycanı hədəf alırdı və təcavüzkar Ermənistanı havalandırırdı. Məhz bu amillər münaqişənin dondurulmasına yönəlmiş fəaliyyətin nəticəsi idi.

Prezident çıxışında vurğulayıb ki, 2020-ci ilin iyul və avqustunda Ermənistan iki hərbi təxribat törətdi və nəticədə azərbaycanlı hərbçilər həlak oldular. Azərbaycan xalqının səbrı tükəndi və haqq-hesab vaxtı gəldi. 2020-ci ilin Vətən müharibəsi 44 gün davam etdi və bu müddət ərzində Azərbaycan erməni işğalçılarını zəbt olunmuş torpaqlardan qovaraq döyüş meydanında 300-dən çox şəhər və kəndi azad etdi. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzaladı, müharibə dayandı, lakin Azərbaycan ərazilərinin bir hissəsi hələ də işğal altında qalırdı. Üç il ərzində Azərbaycan öz suverenliyinin tam bərpası məsələsini sülh yolu ilə həll etməyə çalışmışdır. Lakin Ermənistan atəşkəsdən öz hərbi qüvvəsini bərpa etmək və artıq Qərbdən olan yeni havadarlarının köməyi ilə Azərbaycana yenidən hücum etmək üçün bir fürsət kimi istifadə edirdi. 2023-cü ilin sentyabrında məhz bu baş verdi və həmin vaxt Azərbaycan əsgərinin “Dəmir yumruğu” yenidən öz sözünü dedi. Bir sutkadan da az müddətdə Ermənistanın Qarabağdakı işğalçı ordusu tamamilə darmadağın edildi, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi, separatizmə son qoyuldu. Separatçıların liderləri, müharibə cinayətkarları və uşaq qatilləri Azərbaycan məhkəməsi qarşısına gətirildi.

Prezident çıxışında xüsusi olaraq qeyd edib ki, tanklarla qələbə çalıb Bakını işğal edəcəkləri və burada çay içəcəkləri ilə bizi təhdid edənlər bu gün Azərbaycan çayını bizim həbsxanalarda içirlər. Onların tankları isə Hərbi Qənimətlər Parkında nümayiş olunur. Prezident vurğulayıb ki, yeri gəlmişkən, işğalın, eləcə də Azərbaycan xalqının tarixi Qələbəsinin mahiyyətini və xarakterini tam anlamaq üçün qonaqlarımız Zəfər parkını, Zəfər muzeyini və Hərbi Qənimətlər Parkını ziyarət edə bilərlər.

Prezident çıxışında bildirib ki, əgər işğal, soyqırımı və etnik təmizləməyə görə Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, Azərbaycan döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdı. Müharibə bizim seçimimiz olmayıb, bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısı yanıldı, yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı bilmirdilər.

Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq. Lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq. Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik. Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi. Biz artıq məğlub vəziyyətdə olana zərbə endirmədik, biz barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və hal-hazırda sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır.

Şəhla Ağbulud

Azərbaycan Yazıçılar Birliyi Abşeron bölməsinin sədri

Oxşarxəbərlər

İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı
Hadisə

İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı

16/10/2026 17:30
956
Əli Əsədov qərar imzaladı
Manşet

Əli Əsədov qərar imzaladı

16/10/2026 17:02
953
İrem Helvacıoğlundan nostalji ad günü – FOTO
Dünya

İrem Helvacıoğlundan nostalji ad günü – FOTO

16/10/2026 16:59
951
Miras Alanların NƏZƏRİNƏ: Vergi İlə Bağlı VACİB AÇIQLAMA
Manşet

Miras Alanların NƏZƏRİNƏ: Vergi İlə Bağlı VACİB AÇIQLAMA

16/10/2026 16:50
957
Azərbaycanda dərslər 2 saat gec başlaya bilər
Manşet

Azərbaycanda dərslər 2 saat gec başlaya bilər

16/10/2026 16:31
951
Zelenskidən 15 saniyəlik müəmmalı reaksiya
Dünya

Zelenskidən 15 saniyəlik müəmmalı reaksiya

16/10/2026 16:29
954

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı

İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı

16/10/2026 17:30
956
Əli Əsədov qərar imzaladı

Əli Əsədov qərar imzaladı

16/10/2026 17:02
953
İrem Helvacıoğlundan nostalji ad günü – FOTO

İrem Helvacıoğlundan nostalji ad günü – FOTO

16/10/2026 16:59
951
Miras Alanların NƏZƏRİNƏ: Vergi İlə Bağlı VACİB AÇIQLAMA

Miras Alanların NƏZƏRİNƏ: Vergi İlə Bağlı VACİB AÇIQLAMA

16/10/2026 16:50
957

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

16/10/2026 08:14
1k

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

15/10/2026 08:07
965

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

14/10/2026 09:37
980

Qərbi Azərbaycanın Kanakir kəndi: Tarixin izlərini yaşadan qədim yurd

Qərbi Azərbaycanın Kanakir kəndi: Tarixin izlərini yaşadan qədim yurd

14/10/2026 08:20
983

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.