Bazar ertəsi, Oktyabr 12, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK 

28/09/2026 00:33
Manşet, CƏMİYYƏT
787 60
Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK 
701
Paylaşım sayı
973
Baxış sayı

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir.

Gündəm24.az  xəbər verir ki,mövzu ilə bağlı Modern.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev xidmət sahələrində iş və istirahət günlərinin fərqli qaydada müəyyənləşdirilməsi ilə bağlı təkliflər mövcuddur deyib.

Onun sözlərinə görə, hazırkı qanunvericiliyə əsasən Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saat, həftəlik iş vaxtı isə 40 saatdı

“Bəzi yerlərdə altıgünlük iş həftəsi tətbiq olunur və iş vaxtı buna uyğun müəyyənləşdirilir. Xidmət sahələrində isə əsas iş yükü çox vaxt şənbə və bazar günlərinə düşür. Ancaq bütün hallarda iş münasibətləri əmək qanunvericiliyinin tələblərinə uyğun qurulmalıdır.

Xüsusilə özəl sektorda və xidmət sahələrində yeni tələblər ortaya çıxır. Dövrün tələblərinə uyğun olaraq xidmət sahələrində şənbə və bazar günləri digər istirahət günləri ilə əvəz edilə bilər. Qanunvericilikdə də yaranan ehtiyaclara uyğun dəyişikliklərin edilməsi mümkündür. Hər hansı dəyişiklik olarsa, bu barədə məlumat veriləcək”.

İqtisadçı Akif Nəsirli də hesab edir ki, xidmət sektorunda fərqli iş və istirahət qrafikinin tətbiqi mümkündür.

Onun sözlərinə görə, restoran, otel, turizm, ticarət, əyləncə, nəqliyyat və digər xidmət sahələrində əsas iş yükü çox vaxt məhz şənbə və bazar günlərinə təsadüf edir.

“Bu sahələrdə bütün əməkdaşların eyni vaxtda həftəsonu istirahət etməsi biznesin fəaliyyətinə və xidmətlərin fasiləsiz göstərilməsinə müəyyən məhdudiyyətlər yarada bilər.

Əmək qanunvericiliyi çərçivəsində iş rejiminin xüsusiyyətləri nəzərə alınmaqla bəzi müəssisələrdə həftəlik istirahət günlərinin şənbə və bazar əvəzinə digər günlərə keçirilməsi mümkündür. Burada əsas məsələ işçinin həftəlik istirahət hüququnun qorunması, iş vaxtı normasına və digər əmək hüquqlarına əməl edilməsidir.

Yəni söhbət şənbə və bazar günlərinin bütün sahələr üçün ümumi şəkildə iş gününə çevrilməsindən deyil, fəaliyyətin xüsusiyyətinə uyğun növbəli və ya fərqli istirahət qrafiklərinin tətbiqindən gedə bilər”.

İqtisadçı bildirib ki, məsələn, restoran və otel işçiləri şənbə-bazar işləyərək həftənin digər günlərində istirahət edə bilərlər. Ticarət və digər xidmət müəssisələrində də növbəli iş qrafiki tətbiq etməklə həm həftəsonu yaranan yüksək tələbatı qarşılamaq, həm də işçilərin istirahət hüququnu qorumaq mümkündür.

Akif Nəsirli bununla yanaşı, belə bir sistemin bütün sahələrə avtomatik tətbiq edilməsinin sosial problemlər yarada biləcəyini də vurğulayıb:

“Çünki ailələrin, məktəblərin və digər müəssisələrin əsasən şənbə-bazar rejimində fəaliyyət göstərməsi insanların ailə üzvləri ilə birlikdə istirahət imkanlarını məhdudlaşdıra bilər. Buna görə daha real yanaşma bütün iqtisadiyyat üçün vahid qaydanın dəyişdirilməsi deyil, xidmət və fasiləsiz fəaliyyət göstərən digər sahələrdə çevik iş və istirahət qrafiklərinin genişləndirilməsi ola bilər”.\oxu24

Oxşarxəbərlər

Vilayət Eyvazov iranlı həmkarı ilə görüşdü – FOTO
Manşet

Vilayət Eyvazov iranlı həmkarı ilə görüşdü – FOTO

12/10/2026 18:42
951
Sabahla bağlı RƏSMİ XƏBƏRDARLIQ
CƏMİYYƏT

Sabahla bağlı RƏSMİ XƏBƏRDARLIQ

12/10/2026 18:24
951
Evini kirayəyə verənlər üçün QAYDALAR AÇIQLANDI
CƏMİYYƏT

Evini kirayəyə verənlər üçün QAYDALAR AÇIQLANDI

12/10/2026 18:24
951
12 yaşlı şagird özünü məktəb binasından atdı – Əmisinin zorakılıq etdiyini deyib…
Hadisə

12 yaşlı şagird özünü məktəb binasından atdı – Əmisinin zorakılıq etdiyini deyib…

12/10/2026 18:23
953
Şöhrət Məmmədov Azərbaycanla vidalaşdı – VİDEO
Manşet

Şöhrət Məmmədov Azərbaycanla vidalaşdı – VİDEO

12/10/2026 17:41
952
Hərəkətdə olan sərnişin avtobusu anidən alışıb yandı
Hadisə

Hərəkətdə olan sərnişin avtobusu anidən alışıb yandı

12/10/2026 17:22
957

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Vilayət Eyvazov iranlı həmkarı ilə görüşdü – FOTO

Vilayət Eyvazov iranlı həmkarı ilə görüşdü – FOTO

12/10/2026 18:42
951
Evini kirayəyə verənlər üçün QAYDALAR AÇIQLANDI

Evini kirayəyə verənlər üçün QAYDALAR AÇIQLANDI

12/10/2026 18:24
951
Sabahla bağlı RƏSMİ XƏBƏRDARLIQ

Sabahla bağlı RƏSMİ XƏBƏRDARLIQ

12/10/2026 18:24
951
12 yaşlı şagird özünü məktəb binasından atdı – Əmisinin zorakılıq etdiyini deyib…

12 yaşlı şagird özünü məktəb binasından atdı – Əmisinin zorakılıq etdiyini deyib…

12/10/2026 18:23
953

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Rusiya komandirindən iddia: Əsir hərbçinin sinəsinə tank əleyhinə mina bərkidilib

Rusiya komandirindən iddia: Əsir hərbçinin sinəsinə tank əleyhinə mina bərkidilib

12/10/2026 14:53
976

Lavrov Livanın xarici işlər naziri ilə görüşdü: Regional vəziyyət müzakirə olunur

Lavrov Livanın xarici işlər naziri ilə görüşdü: Regional vəziyyət müzakirə olunur

12/10/2026 14:38
977

Qərbi Azərbaycanın tarixi incisi: Qurumsulu kəndinin unudulmayan keçmişi

Qərbi Azərbaycanın tarixi incisi: Qurumsulu kəndinin unudulmayan keçmişi

12/10/2026 08:49
957

Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

10/10/2026 08:47
989

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In