Bazar, Oktyabr 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bakı üçün ağır günlər yaxınlaşdı… – “Hər kəs buna hazır olmalıdır”

09/09/2026 12:35
CƏMİYYƏT, Manşet
807 33
Bakı üçün ağır günlər yaxınlaşdı… – “Hər kəs buna hazır olmalıdır”
696
Paylaşım sayı
966
Baxış sayı
Sentyabrın 15-də yeni tədris ilinin başlaması ilə Bakıda nəqliyyat sıxlığının daha da artacağı gözlənilir. Şagird və tələbələrin məktəb və universitetlərə gediş-gəlişi, valideynlərin övladlarını şəxsi avtomobillərlə təhsil müəssisələrinə aparması paytaxt yollarına onsuz da yüksək olan yükü daha da artıracaq. Yeni dərs ili başlamamış şəhərin bir sıra küçə və prospektlərində müşahidə olunan sıxlıq isə qarşıdakı günlərdə nəqliyyat vəziyyətinin daha da mürəkkəbləşə biləcəyindən xəbər verir.

Gündəm24.az   xəbər verir ki, bu il paytaxtda nəqliyyat yükünü artıran amillərdən biri də metroda tətbiq olunan məhdudiyyətlərdir. Xüsusilə Dərnəgül istiqamətində hərəkət edən sərnişinlərin marşrutlarını dəyişməli olması, Nizami stansiyasında düşərək yolun qalan hissəsini avtobusla davam etdirməsi əlavə sərnişin axınının formalaşmasına səbəb olur. Bu məqsədlə Nizamidən Dərnəgül istiqamətinə əlavə avtobusların cəlb edilməsi sərnişinlərin daşınmasını təmin etsə də, yerüstü nəqliyyatda, xüsusilə həmin istiqamətdə hərəkətin intensivliyinə əlavə təsir göstərə bilər.

Maraqlıdır ki, metroda məhdudiyyətlərin təsiri ilə bəzi istiqamətlərdə sərnişin sayında azalma müşahidə olunsa da, sərnişinlərin bir hissəsinin yerüstü nəqliyyata yönəlməsi avtobusların və avtomobillərin hərəkətinə əlavə yük yaradır. Tədris ilinin başlaması ilə bu prosesin daha da intensivləşəcəyi, xüsusilə səhər və axşam pik saatlarda əsas magistrallarda ciddi sıxlıqların yaranacağı ehtimal edilir.

Nəqliyyat üzrə ekspert Raqif Raufoğlu da yeni tədris ili ilə bağlı Bakıda nəqliyyat vəziyyətinin daha da ağırlaşacağını düşünür.

Ekspert “AzPolitika”ya açıqlamasında bildirib ki, qarşıdakı dövrdə paytaxtı kifayət qədər ciddi tıxaclar gözləyir: “Bəli, əlbəttə ki, nəqliyyatın hərəkəti bərbad olacaq. Bu mövsüm bizi kifayət qədər böyük tıxaclar gözləyir. Bütün proqnozlar bunu deyir, bütün vəziyyətlər bunu göstərir. Ona görə də buna hər kəs hazır olmalıdır, xüsusilə də tədrislə bağlı”.

Ekspertin sözlərinə görə, metroda yaranan məhdudiyyətlər fonunda təhsil müəssisələrinin də müəyyən addımlar atması vəziyyətin nisbətən yüngülləşdirilməsinə kömək edə bilər. O hesab edir ki, xüsusilə universitetlər dərs saatlarını mümkün qədər çevik şəkildə tənzimləyə bilərlər: “Yaxşı olardı ki, müəyyən qədər universitetlər, çox olmasa, bir neçə dəqiqəliyinə nəzərə alardılar. Çünki metro bağlıdırsa, xüsusən də ilk günlərdə bunu hesabını düzgün aparmayanlar olacaq”.

Raqif Raufoğlu qeyd edib ki, aidiyyəti qurumların müəyyən tədbirlər görməsi, o cümlədən əlavə avtobusların xəttə buraxılması və yol hərəkətinin tənzimlənməsi problemin tam qarşısını almağa kifayət etməyə bilər. Ekspertin fikrincə, metrodan istifadə edə bilməyən sərnişinlərin yerüstü nəqliyyata keçməsi və avtomobillərin sayının artması yolların yükünü daha da ağırlaşdıracaq.

“İndi hər qurum özünə düşəni etməyə çalışır. Məsələn, əlavə avtobuslar ayırırlar, yəqin ki, yol polisləri də hərəkəti nizamlayacaqlar. Amma bu, yenə də artan avtomobillərin və məcburən yerin üstünə qalxan insanların qarşısını almayacaq”, – deyə ekspert vurğulayıb.

Ekspert tələbə və şagirdlərin, xüsusilə qısa məsafələrdə alternativ nəqliyyat vasitələrindən istifadəsini də mümkün həll yollarından biri kimi qiymətləndirir. Onun sözlərinə görə, hava şəraiti imkan verdiyi müddətdə mikromobillik vasitələrindən məsələn, skuterlərdən istifadə etmək, təhsil müəssisəsinə daha yaxın məsafədə qalmaq və gündəlik marşrutları əvvəlcədən düzgün planlaşdırmaq nəqliyyat yükünün azalmasına müəyyən qədər kömək edə bilər.

R. Raufoğlunun fikrincə, bütün bu tədbirlərin bir arada tətbiqi vacibdir. Lakin əsas məsələ odur ki, paytaxt sakinləri qarşıdakı dövrün daha sıx nəqliyyat şəraiti ilə müşayiət olunacağını əvvəlcədən nəzərə alsınlar.

“Bütün bunları təbii ki, birləşdirmək lazımdır. Amma nə olur-olsun, biz qəbul etməliyik ki, bizi çox tıxaclı bir il gözləyir”, – ekspert əlavə edib.

Oxşarxəbərlər

Ərdoğan Azərbaycanı Təbrik Etdi
Manşet

Ərdoğan Azərbaycanı Təbrik Etdi

18/10/2026 15:50
965
Xalq Artistinə AĞIR İTKİ
Manşet

Xalq Artistinə AĞIR İTKİ

18/10/2026 15:12
960
Münasibətlərdə güzəştə getməyən 4 bürc
Gündəm

Münasibətlərdə güzəştə getməyən 4 bürc

18/10/2026 14:45
959
Ferhat Göçer Bakıda “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu
Manşet

Ferhat Göçer Bakıda “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu

18/10/2026 12:53
962
Lökbatanda Anbarda  YANĞIN oldu
Manşet

Lökbatanda Anbarda YANĞIN oldu

18/10/2026 12:22
966
Vanqanın Putinlə bağlı ŞOK PROQNOZU
Manşet

Vanqanın Putinlə bağlı ŞOK PROQNOZU

18/10/2026 12:18
969

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Ərdoğan Azərbaycanı Təbrik Etdi

Ərdoğan Azərbaycanı Təbrik Etdi

18/10/2026 15:50
965
Xalq Artistinə AĞIR İTKİ

Xalq Artistinə AĞIR İTKİ

18/10/2026 15:12
960
Münasibətlərdə güzəştə getməyən 4 bürc

Münasibətlərdə güzəştə getməyən 4 bürc

18/10/2026 14:45
959
Ferhat Göçer Bakıda “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu

Ferhat Göçer Bakıda “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu

18/10/2026 12:53
962

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

16/10/2026 19:02
1k

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

16/10/2026 08:14
1k

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

15/10/2026 08:07
966

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

14/10/2026 09:37
983

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.