Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub.
Gündəm24.az bildirir ki, hadisə kollecin həyətində baş verib.
Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir – red.) qrup yoldaşı Elvinlə zarafat edib. Zarafat Elvinin xoşuna gəlməyib və onlar arasında mübahisə yaranıb.
Mübahisə zamanı Elvin Mirkamilə onunla zarafat etməsini irad tutub. Mirkamil isə ona “Kişi deyilsən?” sualını verib. Nəticədə mübahisə böyüyüb və Elvin Mirkamilə şillə vurub. Şillədən əsəbiləşən Mirkamil Elvinə yumruq zərbələri endirməyə başlayıb. Hadisə nəticəsində Elvin yıxılıb və başı betona dəyib. O, ağır xəsarət alaraq komaya düşüb, xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Mirkamil Mirislamov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə M.Mirislamov 3 il azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzanı şərti hesab edib./Oxu.az













