Azərbaycanda ictimai nəqliyyatda ödəniş sistemi bütün şəhərlər üzrə “Bakukart”la aparılır. Nəzərə alsaq ölkənin digər böyük şəhərlərinin öz ictimai nəqliyyat sistemi, tarifləri və sərnişin xüsusiyyətləri var. Başqa sözlə, şəhərlərin öz nəqliyyat kimliyinin formalaşdırılması mümkündür.
Bəs ödəniş kartları şəhərlər üzrə fərqlənə, adları dəyişə bilərmi? Məsələn, Bakıda “BakuKart” olduğu kimi, Naxçıvanda “NaxçıvanKart”, Sumqayıtda “SumqayıtKart” və s. Regional nəqliyyat kartlarının yaradılması nə dərəcədə mümkündür?
Gündəm24.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirildi ki, texniki imkanlar nəzərə alınmaqla tədricən bu istiqamətdə tədbirlər görülür.














