Bazar ertəsi, Oktyabr 12, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bakıya qarşı yeni cəbhə – Prezidentin o mesajı…

05/10/2026 15:03
Manşet, Siyasət
824 9
Bakıya qarşı yeni cəbhə – Prezidentin o mesajı…
689
Paylaşım sayı
957
Baxış sayı

Cənubi Qafqazda 2020-ci ildən sonra yaranan yeni geosiyasi mənzərə Azərbaycanın qarşısında təkcə siyasi və hərbi deyil, həm də ideoloji və informasiya xarakterli yeni çağırışlar yaradıb. Regionda Rusiya və İranın təsir imkanlarının dəyişməsi fonunda mübarizənin üsulları da yenilənir. Dini, informasiya və ideoloji təsirlər artıq hibrid təhdidlərin mühüm elementlərinə çevrilir.

Politoloq Məhəmməd Əsədullazadə də Musavat.com-a bildirib ki, son 6 ildə Azərbaycan Cənubi Qafqazda yeni siyasi nizamın formalaşmasına mühüm təsir göstərib: “Bu transformasiya yalnız siyasi və iqtisadi müstəvidə deyil, təhlükəsizlik və ideoloji istiqamətlərdə də özünü göstərir. Azərbaycan artıq dəyişən regional reallıqlara uyğun olaraq yeni strateji yanaşma ortaya qoyur. Cənubi Qafqazda gedən regional və siyasi-iqtisadi transformasiya Rusiya və İranın regiondakı ənənəvi təsir imkanlarına da təsir göstərir. Hər iki ölkənin regionda formalaşan yeni siyasi reallıqlara münasibəti fərqlidir və onların müxtəlif siyasi, iqtisadi, informasiya və ideoloji vasitələrlə təsirlərini qorumağa çalışdıqları müşahidə olunur”.

ABŞ Çindən sonra Rusiyanı "qaşındırmağa" çalışır:

Analitikə görə, xüsusilə İranın Azərbaycana münasibətdə ideoloji təsir imkanlarından uzun müddət istifadə etməyə çalışdığı barədə müxtəlif müzakirələr aparılıb:
“Rusiya da siyasi və informasiya platformaları vasitəsilə regiondakı təsir imkanlarını qorumağa çalışır. Bu baxımdan, Azərbaycan prezidentinin yad ideoloji təsirlərin qarşısının alınması və milli təhlükəsizliyin qorunması ilə bağlı vurğuladığı məsələlər xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu istiqamətdə yalnız dövlət qurumları deyil, vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları və siyasi partiyalar da öz fəaliyyətlərini gücləndirməlidirlər. Çünki müasir dövrdə təhlükələr yalnız fiziki və hərbi xarakter daşımır. Hibrid təhdidlərin tərkibində informasiya, dini və ideoloji təsirlər də mühüm yer tutur. Müxtəlif dövlətlər və aktorlar başqa ölkələrin cəmiyyətlərində sosial və siyasi problemlər yaratmaq, öz təsir dairələrini genişləndirmək üçün bu vasitələrdən istifadə edə bilirlər. Azərbaycan da uzun illər ərzində müxtəlif dini və ideoloji təsirlərlə üzləşib. Bu səbəbdən təhlükəsizlik tədbirləri ilə yanaşı, ideoloji təhdidlərin qarşısının alınmasına yönəlmiş preventiv siyasətin də həyata keçirilməsi vacibdir. Bu prosesdə ölkənin siyasi qüvvələrinin və vətəndaş cəmiyyətinin maarifləndirici və milli həmrəyliyə xidmət edən fəaliyyəti mühüm rol oynaya bilər”.

Politoloq onu da diqqətə çatdırıb ki, Azərbaycan cəmiyyətinin milli kimliyi və dövlətçilik modeli bu prosesdə mühüm amildir: “Son dövrlərdə Ermənistan və Gürcüstanda Azərbaycanla bağlı müxtəlif tarixi, dini və mədəni mübahisələr də gündəmə gətirilir. Xüsusilə alban irsi və Azərbaycanın xristian irsi ilə bağlı məsələlər ətrafında müxtəlif iddialar səsləndirilir. Bu məsələlərə münasibətdə emosional yanaşmadan daha çox, tarixi və elmi faktlara əsaslanan mövqenin ortaya qoyulması vacibdir. Regionda dini və ideoloji məsələlərin siyasi təsir vasitəsinə çevrilməsi ehtimalı da nəzərə alınmalıdır. Buna görə Azərbaycan öz tarixi, mədəni və milli irsi ilə bağlı mövqeyini beynəlxalq və regional platformalarda daha sistemli şəkildə təqdim etməlidir”.

Oxşarxəbərlər

Bu Avtomobilləri İdarə Edənlərə ŞAD XƏBƏR: Bəxtiniz Gətirdi!
Manşet

Bu Avtomobilləri İdarə Edənlərə ŞAD XƏBƏR: Bəxtiniz Gətirdi!

11/10/2026 15:42
976
Putin Təzyiq Altındadır: Ən Güclü KOZİRİNİ İşə Saldı — Yakovina
Manşet

Putin Təzyiq Altındadır: Ən Güclü KOZİRİNİ İşə Saldı — Yakovina

11/10/2026 12:29
982
Beyləqanda İNANILMAZ FACİƏ: Qəzadan Sağ Çıxdı, TOK VURUB ÖLDÜRDÜ
Manşet

Beyləqanda İNANILMAZ FACİƏ: Qəzadan Sağ Çıxdı, TOK VURUB ÖLDÜRDÜ

11/10/2026 11:45
974
Pensiya, Təqaüd və Sosial Yardımlar BU TARİXDƏ Ödəniləcək
Manşet

Pensiya, Təqaüd və Sosial Yardımlar BU TARİXDƏ Ödəniləcək

11/10/2026 11:30
980
Azərbaycanda  Müğənni Əməliyyatdan Sonra VƏFAT ETDİ-FOTO
Manşet

Azərbaycanda Müğənni Əməliyyatdan Sonra VƏFAT ETDİ-FOTO

11/10/2026 10:40
990
Deputatdan hicab AÇIQLAMASI:”Sənəddə konkret qadağa nəzərdə tutulmayıb”
Manşet

Deputatdan hicab AÇIQLAMASI:”Sənəddə konkret qadağa nəzərdə tutulmayıb”

11/10/2026 09:10
996

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu Avtomobilləri İdarə Edənlərə ŞAD XƏBƏR: Bəxtiniz Gətirdi!

Bu Avtomobilləri İdarə Edənlərə ŞAD XƏBƏR: Bəxtiniz Gətirdi!

11/10/2026 15:42
976
Paltaryuyanın Qapağını Açıq Saxlayanlara XƏBƏRDARLIQ

Paltaryuyanın Qapağını Açıq Saxlayanlara XƏBƏRDARLIQ

11/10/2026 15:03
970
Putin Təzyiq Altındadır: Ən Güclü KOZİRİNİ İşə Saldı — Yakovina

Putin Təzyiq Altındadır: Ən Güclü KOZİRİNİ İşə Saldı — Yakovina

11/10/2026 12:29
982
Beyləqanda İNANILMAZ FACİƏ: Qəzadan Sağ Çıxdı, TOK VURUB ÖLDÜRDÜ

Beyləqanda İNANILMAZ FACİƏ: Qəzadan Sağ Çıxdı, TOK VURUB ÖLDÜRDÜ

11/10/2026 11:45
974

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

10/10/2026 08:47
988

PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması

PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması

09/10/2026 17:35
991

Qərbi Azərbaycan: Xoşkotan kəndi

Qərbi Azərbaycan: Xoşkotan kəndi

09/10/2026 08:25
983

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

08/10/2026 15:25
974

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In