Çərşənbə, Oktyabr 7, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Bazar günü nə baş verib?” sualına Prezidentdən sərrast CAVAB

29/09/2026 10:55
Manşet, Siyasət
798 42
“Bazar günü nə baş verib?” sualına Prezidentdən sərrast CAVAB
696
Paylaşım sayı
966
Baxış sayı

44 günlük Vətən müharibəsinin ən maraqlı və tarixi anlarından biri də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dünya mediasını verdiyi müsahibələrdir.

Gündəm24.az  bildirir ki, bu baxımdan Prezidentin 2020-ci ilin bu günü – sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında səsləndirdiyi fikirlər xatırlanır.

Belə ki, verilişin aparıcısının “Cənab Prezident, xahiş edirəm deyin, bazar günü nə baş verib, bu qədər genişmiqyaslı və qanlı qarşıdurmaya təhrik edən nə olub?” sualına İlham Əliyev belə cavab verib:

– Bilirsinizmi, bazar günü baş verən hadisələrə Ermənistan artıq bir neçə ay idi ki, hazırlaşırdı. Əgər siz onların hərəkətlərinin və bəyanatlarının xronologiyasını izləsəniz aşkar görərsiniz ki, onlar bu təxribata şüurlu şəkildə gedirdilər. Bu yaxınlarda, BMT Baş Assambleyasının tribunasından çıxış edərkən mən açıq demişəm ki, Ermənistan müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır. İyul ayında onlar bizim dövlət sərhədindəki yaşayış məntəqələrimizə silahlı hücum etdilər. Bu, münaqişə zonasından uzaq bir yerdir. O vaxt bir dinc sakin və bir neçə hərbi qulluqçu həlak oldu. Döyüşlər dörd gün davam etdi və Ermənistan ərazisində bizim heç bir hərbi hədəfimiz olmayıb və yoxdur. Buna görə də Ermənistan silahlı qüvvələri bizim ərazidən çıxarılandan dərhal sonra qarşılıqlı razılaşmaya əsasən atəş dayandırıldı. Daha sonra mənim dediyim kimi, təxribat qrupu bizim ərazimizə soxuldu, həmin qrup neytrallaşdırıldı. Sonra erməni tərəfi açıq-aşkar, nümayişkaranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırılmasını elan edir, bu da müharibə cinayətidir. Bu, Cenevrə Konvensiyasının pozulması deməkdir. Bunu nümayişkaranə şəkildə edirlər. Sonra onlar Şuşada – Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiyasını keçirirlər. Bütün bunlar bizə qarşı şüurlu provokasiyalar, bizi münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etməkdir. Biz təmkin, konstruktivlik və sağlam düşüncə nümayiş etdirdik, lakin onların niyyətləri baş tutmayanda bu cür cəhd göstərdilər. Üstəlik, daha bir səbəb Ermənistanda mövcud olan daxili siyasi böhrandır. Axı, bu gün Ermənistanda Soros rejimi mövcuddur. Belarusda baş tutmayan çevriliş iki il bundan əvvəl Yerevanda baş tutdu. Bu gün Paşinyanın şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır. Bu adam çoxlu vədlər verib və bu vədləri yerinə yetirə bilmir, əslində, ölkə böhran içindədir.

Beləliklə, ona bir xarici amil, necə deyərlər, qarışıqlıq lazım idi ki, əhalinin diqqətini yayındırsın, o da bunu edə bildi. Onlar növbəti dəfə bizə hücum etməzdən düz iki gün əvvəl Ermənistanın əsas müxalifət partiyasının lideri həbs edildi. Yəni Paşinyanın diktator, despotik rejimi öz ölkəsindəki bütün müxalifəti məhv edirdi və indi Azərbaycan xalqına qarşı yenidən təcavüz nümayiş etdirir”.

Oxşarxəbərlər

Bu, tezliklə baş verəcək — Tramp Ukrayna ilə bağlı VƏD VERDİ
Manşet

Bu, tezliklə baş verəcək — Tramp Ukrayna ilə bağlı VƏD VERDİ

07/10/2026 01:10
966
Suriyadan 13 azərbaycanlı ölkəyə gətirildi
CƏMİYYƏT

Suriyadan 13 azərbaycanlı ölkəyə gətirildi

07/10/2026 00:10
956
Ermənistan Gümrüdəki məsələni üzərimizə atır — Rusiya XİN
Manşet

Ermənistan Gümrüdəki məsələni üzərimizə atır — Rusiya XİN

07/10/2026 00:01
969
Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı
Manşet

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı

06/10/2026 23:51
978
Şəhid anası vəfat etdi
Hadisə

Şəhid anası vəfat etdi

06/10/2026 23:29
956
Qazaxda öldürülən gənc hərbi xidmətdən yeni qayıdıbmış – VİDEO
Hadisə

Qazaxda öldürülən gənc hərbi xidmətdən yeni qayıdıbmış – VİDEO

06/10/2026 23:26
956

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu iki ayda doğulanlar üçün QARA GÜNLƏR BİTDİ!

Bu iki ayda doğulanlar üçün QARA GÜNLƏR BİTDİ!

07/10/2026 01:35
985
Bu, tezliklə baş verəcək — Tramp Ukrayna ilə bağlı VƏD VERDİ

Bu, tezliklə baş verəcək — Tramp Ukrayna ilə bağlı VƏD VERDİ

07/10/2026 01:10
966
Suriyadan 13 azərbaycanlı ölkəyə gətirildi

Suriyadan 13 azərbaycanlı ölkəyə gətirildi

07/10/2026 00:10
956
Ermənistan Gümrüdəki məsələni üzərimizə atır — Rusiya XİN

Ermənistan Gümrüdəki məsələni üzərimizə atır — Rusiya XİN

07/10/2026 00:01
969

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Kreml açıqladı: Putin ad günündə mühüm ZƏNGLƏR EDƏCƏK

Kreml açıqladı: Putin ad günündə mühüm ZƏNGLƏR EDƏCƏK

06/10/2026 14:51
1k

Moskva vilayətinə DƏHŞƏTLİ dron hücumu: Ölənlər var

Moskva vilayətinə DƏHŞƏTLİ dron hücumu: Ölənlər var

06/10/2026 10:33
964

Qızılvəng: Göyçənin qədim kəndinin TARİXİ İZLƏRİ

Qızılvəng: Göyçənin qədim kəndinin TARİXİ İZLƏRİ

06/10/2026 08:49
964

ABŞ–Çin rəqabəti: Yeni qlobal qarşıdurmanın astanasındayıqmı?

ABŞ–Çin rəqabəti: Yeni qlobal qarşıdurmanın astanasındayıqmı?

05/10/2026 17:13
1k

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In